Kremlin tənqidçisi Aleksei Navalnının arvadı anti-korrupsiya işilə əlaqədar dindirilib. Bloqqer deyir ki, bu, ona qarşı təzyiq kampaniyasının bir hissəsidir. Yulia Navalnaya ərinin tvitter hesabında yazıb ki, avqustun 25-də İstintaq Komitəsinə çağrılıb və iyunda Navalny-nın mənzilindən tapılmış afişaya görə sorğu-sual olunub.
Polis iddia edir ki, afişa Moskvanın 170 km-də yerləşən Vladimir şəhərində küçədən oğurlanıb. Navalnaya afişanın ona doğum günü hədiyyəsi olduğunu deyir və baş verənləri özünə qarşı yeni təzyiq kampaniyası adlandırır.
Navalnının arvadı yazıb ki, müstəntiqlərin suallarını cavablandırmaqdan imtina edib, susmaq hüququndan yararlanıb. Bu, Navalnaya qarşı bir neçə işdən yalnız biridir. O, 2013-cü ildə oğurluqda ittiham olunub, hazırda 5 illik şərti cəza altındadır.