Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova 6 ay ev dustağı olub. Bunu BBC-ə daxil olan audioyazılar sübut edir. Belə ki, Gülnarə Kərimova özü və qızı ilə «itdən betər» rəftar edildiyini və onlara təcili tibbi yardımın tələb edildiyini deyir.
Hələ bir müddət əvvəl Özbəkistan prezidentinin qızı Orta Asiyanın ən nüfuzlu şəxsləri sırasında yer alırdı. Onun hətta prezident postunda atasını əvəz edə biləcəyi barədə şaiyələr gəzirdi.
Ancaq bu ilin əvvəlində atası ilə münasibətləri korlayan Gülnarə Kərimova nüfuzunu itirib.