Rusiyadan Ukrayna ərazisinə keçən hərbi texnikanın böyük hissəsi məhv edilib. Ukrayna mətbuatının məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Böyük Britaniyanın baş naziri Devid Kemeron ilə danışığı zamanı bildirib. “Prezident Rusiya hərbi texnikasının Ukraynaya keçməsi barədə beynəlxalq jurnalistlərin yaydığı məlumatın doğru olduğunu və təsdiqləndiyini bildirib, çünki bu texnikanın böyük hissəsi gecə saatlarında Ukrayna artilleriyası tərəfindən məhv edilib”, deyə prezidentin mətbuat xidmətinin açıqlamasında bildirilir.