Özbəkistan ppezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın iki dostu çirkili pulların yuyulması və sənədlərin saxtalaşdırılması ittihamı ilə həbs edilib. Həbs edilənlərdən biri, Kərimovanın yaxın dostu olduğu bildirilən özbəkistanlı iş adamı Rüstəm Madumarov 6,5 il, Qayan Avakov isə 6 il müddətinə həbsxanaya salınıb. Hər iki şəxs mart ayında saxlanılıb. Bəzi məlumatlarda həmin vaxtdan Gülnarə Kərimovanın ev dustağı kimi saxlanıldığı deyilsə də, prezidentin qızının bu günlərdə Baltikyanı ölkələrdən birində ad gününü qeyd etdiyi də bildirilir.
azadlıq.info