Ukrayna Rusiya ilə sərhədi tamamilə bağlaya bilər. Bunu Ukrayna xarici işlər nazirinin müavini Daniil Lubkivski bildirib. “Bu gün biz, şərqi və cənubi Ukraynada gərgin vəziyyətin olduğunu görürük “, – deyə Danil Lubkivski qeyd edib.
Onun sözlərinə görə, bu vəziyyəti aradan qaldırmaq üçün diplomatik vasitələr tətbiq olunacaq, o cümlədən sərhədlər tamamilə bağlanacaq.