Ağ Ev-in spiker müavini Eric Sultz, İranla nüvə müzakirələrində son tarixin martın 31-də olacağını bildirib. Sabah istənilən nəticənin əldə olunmayacağı halda ABŞ-ın hansı addım atacağına gəldikdə, Şultz bunları bildirib: " Prezident Obama, pis müqaviləni qəbul etməyəcəyini açıqca ifadə edib. İranın nüvə silah əldə etməsinin qarşısını almağın ən yaxşı yolu, nüvə silahına uzanan yolu bağlamaq və əvvəldən icazə tələb olunan araşdırmaların aparılmasını təmin etməkdir. Daha əvvəl bildirdiyimiz kimi, bütün istiqamətlərdə razılıq əldə olunmadan, heç bir razılıqdan söhbət gedə bilməz.
azadliq.info