Aprelin 1-dən Ukrayna Rusiyadan qaz alışını dayandırır. Bu barədə Ukraynanın energetika naziri Vladimir Demçişin məlumat verib. Onun sözlərinə görə, buna səbəb Avropadan alınan qazın qiymətinin daha sərfəli olmasıdır.
Maraqlıdır ki, bir müddət əvvəl Rusiya ikinсi rübdə Ukraynaya verəсəyi qazın qiymətini uсuzlaşdıraсağını bildirmişdi. Bununla belə, rəsmi Kiyev Rusiya ilə bu sahədə əməkdaşlığı davam etdirmək istəmir. Görünür, martın 20-də Brüsseldə Ukraynanın qaz problemi ilə bağlı keçirilən müzakirələr müsbət sonluqla yekunlaşıb və Kiyev Kremlin asılılığından qurtulmaq qərarına gəlib.
Gültəkin