Qələbənin 70 illiyi münasibətilə mayın 9-da Rusiyada keçiriləcək parada Gürcüstan prezidenti Georgi Marqvelaşvili də qatılmayacaq. Bu barədə ölkənin xarici işlər naziri Tamara Beruçaşvili məlumat verib. Bundan əvvəl xəbər gəzirdi ki, Gürcüstan prezidentinə göndərilən dəvətnamədə texniki səhvlər olub və dəvətə düzəliş ediləndən sonra Marqvelaşvili paradda iştirakını təsdiqləyəcək.
Artıq bir çox ölkənin (ABŞ, Almaniya, Polşa, Litva, Latviya, Slovakiya, Estoniya və s) lideri, eləcə də Avropa Birliyinin parada dəvət edilmiş yüksək vəzifəli şəxsləri Kremlə Ukraynadakı məlum olaylara görə «yox» cavabı verib. Rusiya Xarici işlər naziri Sergey Lavrovun dediyinə görə, dəvət edilən 68 dövlət başçısından 26-sı paradda iştirak edəcəyini açıqlayıb.
Gültəkin