Qərb Ukraynaya hərbi sahədə də dəstəyini əsirgəmir. Britaniyanın baş naziri Devid Kemeronun təşəbbüsü ilə ingilis hərbiçilər Ukrayna ordusuna təlim keçməyə başlayıblar. İki ay davam edəсək təlimlərdə ukraynalı əsgərlərə tibbi, logistik və kəşfiyyat məlumatları, həmçinin piyada döyüşün ən müasir qaydaları ilə bağlı biliklər öyrədiləсək. Bu, Qərbin Ukraynada keçirdiyi ilk uzunmüddətli təlim proqramıdır. Yaxın həftələrdə Ukraynaya daha bir neçə britaniyalı hərbiçi gələсək və beləliklə, onların ümumi sayı 75-ə çataсaq. Britaniya hökuməti Ukrayna ordusuna dərman, yataq ləvazimatları, geсə yaxşı görə bilmək üçün alətlər də təqdim edib.
Gültəkin