Türkiyə və Azərbaycan Türkmənistanı Transanadolu qaz kəməri (TANAP) layihəsinin reallaşmasında iştiraka çağırıb. Bu barədə cümə axşamı Türkiyə XIN rəhbəri Mövlut Çavuşoğlu bildirib.
O, Türkmənistan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşünün yekunları üzrə jurnalistlərə bildirib ki, görüş zamanı energetika sahəsində əməkdaşlıq məsələləri müakirə olunub, qaz sahəsinə xüsusi diqqət yetirilib. Əsasən tərəflər Xəzəryanı regiondan Avropaya qaz nəqli məsələsi müzakirə olunub ki, bu da Avropa istiqamətində qaz nəqlinin şaxələndirilməsi və Avropanın enerji təhlükəsizliyinin təmin edəcək.
M.Çavuşoğlu qeyd edib ki, Türkiyə və Azərbaycan Türkmənistanı TANAP qaz kəməri tikintisi layihəsinə qoşulmağa çağırıb. Bu layihə Xəzər təbii qazının Avropa bazarına nəqlinin təşkilində mühüm rol oynayacaq.
Türkiyə XIN rəhbəri qeyd edib ki, TANAP-ın inşası üçün zəruri sənədlər hazırlanıb, metariallar alınıb və tezliklə tenderlər elan ediləcək.
Öz növbəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, hazırda onun ölkəsi sənədlərin hazırlanmasını başa çatdırıb, TANAP və TAP (Transadriatik) layihələrinin reallaşması üzərində işləyir.
O həmçinin qeyd edib ki, Türkmənistan bu məsələdə əməkdaşlığa maraq göstərir. (Turan)