Bu gün İstanbulda ard-arda bombalar partlayıb. İstanbulun Fındıklı adlanan ərazisində Atatürkün büstünün qarşısına bomba qoyulub. Fatih adlanan yerdə transformatorun yanına qoyulmuş bomba partlayıb. Sultanqazi ərazisində isə maskalıların dayanacağa qoyduğu paketin içində bomba olduğu müəyyənləşdirilib.
Atatürkün büstünün qarşısında qoyulan bombanın üstündə “Cizrenin hesabını verəcəksiniz” yazılan kağız qoyulub. Bunu görən vətəndaşlar polisə xəbər veriblər. Polis hadisə yerinə gələrək bomba olduğunu müəyyənləşdirdikdən sonra onun partladılmasına qərar verilib.
Fatihdəki bomba isə səhər saatlarında partlayıb. Xəsarət alan olmayıb. Sultanqazidəki bomba da polislər tərəfindən partladılıb. Bomba qoyulan qutunun üstündə PKK-ya aid yazılar olduğu bildirilir.
azadliq.info