Türkiyənin Karamanoğlu Mehmetbey Universitetində çalışan iqtisadcı alim Elifhan Köse barəsində 11 ay həbs cəzası verilib. Elifhan Köse prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə təqsirli bilinib.
O, Gezi parkı hadisələri zamanı həyatını itirən Berkin Elvanın ölümünə etiraz olaraq Ərdoğanın ünvanına “qatil” ifadəsi işlədib. Məhkəmə bunu Ərdoğanın təhqir olunması kimi qiymətləndirib.
Məhkəmənin qərarı hələlik icraata yönəldilməyib. Elifhan Kösenin vəkili qərardan şikayət ediləcyini və sonuna qədər alimin hüquqlarını qoruyacağını bildirib. Vəkilin fikrincə, məhkəmənin bu qərarı ifadə azadlığını məhdudlaşdırmaqdır.