Almaniya Rusiya ilə hökumətlərarası danışıqları dayandırmaq qərarını verib. “Der Spiegel”in hökumətdəki mənbəyə istinadən verdiyi xəbərə görə, rəsmi Berlin Moskva ilə nazirlər və hökumət başçıları səviyyəsində görüşlər keçirməyi məqsədəuyğun saymır. Bu qərar Ukraynadakı böhran üzündən qəbul edilib. Almaniyanın əlaqələrə son qoyması xəbəri mətbuatda Çinin baş naziri Li Kesyanın səfəri fonunda gündəmə gəlib. Belə ehtimal olunur ki, məhz Çin Rusiya ilə münasibətlərdə əlaqələndirici rolunu üzərinə götürəcək. Bu gün Çinin baş naziri Rusiya səfər edib. Rusiya tərəfi imzalanması üçün 50 yaxın sənəd hazırlayıb.
Əgər alman nəşrinin yazdıqları həqiqət olarsa bu Rusiyaya növbəti sərt zərbə olacaq. Çünki Rusiya böhrana baxmayaraq Avropa ilə əlaqələrin davam edəcəyinə ümid edir.
azadliq.info