G7 ölkələri (ABŞ, Kanada, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Yaponiya) və Avropa Birliyi Rusiyanı yeni sanksiyalarla hədələyib. G7 ölkələri XİN başçılarının və AB-nin yüksək səviyyəli təmsilçilərinin birgə bəyanatında deyilir ki, Rusiya Minsk sazişinə əməl etməsə, yeni sanksiyalarla üzləşəcək.
Bəyanatda qeyd olunur ki, sanksiyalar özlüyündə məqsəd deyil. Rusiya atəşkəs barədə öhdəliyinə, Minsk sazişinin şərtlərinə əməl edəcəyi və Ukraynanın suverenliyinə hörmətlə yanaşacağı təqdirdə sanksiyalardan imtina oluna bilər. “Әks təqdirdə biz əvvəl olduğu kimi, Rusiyaya təzyiqləri artırmağa hazırıq” – deyə sənəddə bildirilir.
azadliq.info