YUKOS-un keçmiş prezidenti, əfv ediləndən sonra Rusiyanı tərk edən Mixail Xodorkovski bildirib ki, böhran situasiyası tələb etsə, Rusiya prezidenti ola bilər.
«Açıq Rusiya» forumunda telekörpü vasitəsilə qatılan Xodorkovskinin çıxışı Nijni Novqorodda studiyaya hücum xəbəri ilə yarımçıq kəsilib.
Fransanın Le Monde nəşrinin yazdığına görə, Xodorkovski Parisdə bəyan edib ki, Rusiya prezidenti olmaq imkanlarını nəzərdən keçirib. «Ölkəm normal inkişaf etsəydi, Rusiya prezidenti olmaq ideyasında maraqlı deyiləm. Ancaq böhranın öhdəsindən gəlmək və konstitusiya islahatları keçirmək lazım gəlsə, bu işi öz öhdəmə götürə bilərəm», – deyə o bildirib.
azadlıq.info