ARD İŞİD-in İstanbulda qeyri-rəsmi bürosunun olduğunu bildirir
Almaniyanın dövlət kanalı ARD Türkiyəylə bağlı senssasiyalı iddia irəli sürüb. Kanalın xəbərinə görə, Suriya və İraqa gedən İŞİD silahlılarının İstanbulda qeyri-rəsmi bürosu fəaliyyət göstərir. Qeyri-rəsmi büronun şəhərin Fatih bölgəsində yerləşdiyi deyilir. Avropa Komissiyasının üzvləriylə görüşən ARD müxbiri Ralf Sinanın hazırladığı xəbərdə bildirilir ki, Avropa ölkələrindən İŞİD-a ən az 2 min silahlı qatılıb. Avropa ölkələrindən İŞİD-a qatılan əsgərlərin qeydiyyat mərkəzinin İstanbul olduğu, İraq və Suriyaya getmədən öncə Türkiyəyə gəldikləri deyilir. Xəbərdə qeyd olunur ki, avropalılar İŞİD İstanbulun Fatih səmtindəki bürosuna gedərək 400 dollar cib xərcliyi alaraq Suriyaya yola düşürlər. Həmin adamlar daha sonra Suriyadakı düşərgələrdə ideoloji və hərbi təlim keçdikdən sonra İŞİD tərəfində döyüşürlər. Bir müddər sonra isə həmin şəxslər Avropaya qayıdırlar. ARD-nin müxbirinə danışan Avropa Komissiyasının rəsmilərinin sözlərinə görə, İŞİD tərəfində döyüşdükdən sonra Avropaya dönənlər yaşadıqları ölkələrin təhlükəsizliyinə qarşı ciddi təhdidə çevrilirlər:“ Avropada normal işinə gedib-gələn, sadə avropalı kimi yaşayan ancaq, il ərzində yığılan istirahət günlərini İstanbul və Antalya üzərindən Suriyaya gedərək İŞİD düşərgələrində keçirən çoxlu sayda adam var. Hazırda passiv olan həmin şəxslər zamanı gələndə Avropada aktiv fəaliyyətə keçmək İŞİD tərəfindən üçün hazırlanıblar.
azadliq.info