Fransanın EDF Trading şirkəti Rusiyanın 5 iri kömür istehsalçısından biri olan “Zareçnaya” şirkətinin təklif etdiyi xidmətlərdən imtina edib. Bu addımın atılması Rusiyaya qarşı irəli sürülən sanksiyalarla bağlıdır. Bununla da keçən ilin fevralında 11.2 milyon ton kömürün alışı ilə bağlı imzalanan müqavilə pozulmuş olub. Ekspertlər Rusiyadan kömürün alışının dayanması ilə Avropa bazarında ciddi problemin yaşanacağını düşünmürlər.
azadliq.info