«Rusiya razılaşmanı pozaraq qanadlı raketlərin sınağını keçirib»
«The New York Times» Obama administrasiyasının Rusiyaya qarşı sərt ittiham irəli sürdüyünü yazır. Belə ki, Rusiya razılaşmanı pozaraq qanadlı raketlərin sınağını həyata keçirib. Bunu prezident Obama bazar ertəsi Putinə yazdığı məktubda da qeyd edib. Bu məsələ iki ölkə arasında daha bir mübahisə predmetinə çevrilib.
Qeyd etmək lazımdır ki, 1987-ci ildə imazalan razılaşmaya əsasən, hər iki ölkə yerüstü qanadlı raketlərin sınağını həyata keçirə bilməz. AB prezidenti Ronald Reyqanla SSRİ prezidenti Mixail Qorbaçov arasında imzalanan bu razılaşma soyuq müharibəyə son qoydu. ABŞ rəsmilərinin məlumatına görə, 2008-ci ildən Rusiya yenidən sınaqlara başlayıb.
azadlıq.info