Ukraynanın şərqində olan separatçılar İsveç vətəndaşını girov götürüb.
Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Luqansk şəhərində avtomobil ilə hərəkət edən isveçlinin avtomobilini saxladan separatçılar onu oradan endirərək girov götürüb.
Saxlanılan əcnəbi vətəndaşının Qorlovka şəhərinə aparıldığı bildirilib. Ukrayna hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, separatçılar İsveç vətəndaşı ilə yanaşı, daha 2 ukraynalını girov götürüb.
Hazırda həmin şəxslərin harada saxlanılması müəyyən etmək üçün Ukrayna hüquq-mühafizə orqanları ərazidə geniş axtarış aparır.