Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy Rusiya prezidenti Putini bir nömrəli terrorçu adlandırıb. O bunu öz Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə terrorçu nüvə dövlətinin beynəlxalq təhlükəsizliyə qarşı müharibəsidir.
Parubiy qeyd edib ki, Ukraynada baş verən təyyarə qəzası Putinin qlobal təhlükə olduğunu göstərib. «Putinlə oynamaq olmaz. Onu dayandırmaq üçün sərt sanksiyalar tətbiq edilməlidir. Çünki bilmək olmaz sabah hansı ölkənin vətəndaşları üçün təhlükə yaradacaq», – deyə o qeyd edib.
azadlıq.info