Ərdoğandan Rusiyaya qarşı gözlənilməz açıqlama
Ukrayna səmasında Malaziya hava yollarına məxsus sərnişin təyyarəsinin vurulmasına Türkiyənin baş nazirə Rəvəb Tayyib Ərdoğan da münasibət bildirb. Bursada prezidentliyə namizəd kimi keçirdiyi görüşdə hazırda Fələstində yaşananlarla yanaşı Malaziya təyyarəsinin vurulmasını da pisləyən Ərdoğan bu olayda Rusiyanı ittiham edib.
“Ukrayna hava məkanında Malaziya uçağı Rusya tərəfindən raketlə vurularaq endirildi. Nə vardı bu uçaqda? Uçaqdakıların təxminən 160-ı hollandiyalı. Hollandiyadan Malaziyaya gedəvə uçaq Ukrayna hava məkanında vurulur. Bu necə yanaşmadır, necə anlayışdır? Hanı, bəs dünyada sülh üçün çalışacaqdıq?! Bunlar “mən güclüyəm, istədiyim kimi vuraram, istədiyim kimi endirərəm” deyənlərdir. Biz də deyirik ki, siz bu gücünüzü bir yerə qədər istifadə edəcəksiniz, unutmayın, bu tələlərdən daha böyük tələ var. O tələ bir gün sizi tutacaq”, – deyə Ərdoğan bildirib.
azadliq.info