Ukraynada Regionlar Partiyasından prezidentliyə namizəd Mixail Dobkin aprelin 14-ü axşam naməlum şəxslərin hücumuna məruz qalıb. Hücum edənlər onun başına çernel və un töküblər. Nəticədə namizədin bütün üst-başı bulaşıb. İnsident Dobkin İCTV kanalında yayımlanan “Söz azadlığı” tok-şousunda iştirak üçün gedərkən baş verib.