Amerikanın məşhur analitiki şərqi Ukraynada baş verənləri Vyetnam müharibəsilə müqayisə etdi YENiLƏNİB
22.26
ABŞ prezidenti administrasiyası artıq aprelin 15-də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır. Ağ Evdəki mənbələrə istinad edən The Daily Beast nəşrinin yazdığına görə, ABŞ aprelin 17-də baş tutacaq danışıqlara qədər gözləməyə hazır idi. Həmin gün Cenevrədə AB, ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar baş tutmalıdır. Lakin yaranmış situasiyanı nəzərə alan Obama administrasiyası artıq aprelin 15-də sanksiyalar tətbiq edə bilər.
21.48
Fransa xarici işlər naziri Loran Fabius bəyan edib ki, AB liderləri gələn həftə Rusiyaya qarşı yeni sanksiyalar qəbul etmək məqsədi ilə sammit keçirə bilər. Bunu Fabius AB-nin XİN başçılarının toplantısından sonra bəyan edib. «Bir tərəfdən məqsəd Rusiyaya təzyiq etmək, digər tərəfdən dialoqa açıq olmaqdır», – deyə XİN başçısı bildirib – «Ukraynanın şərqində və cənubunda çox sərt və xüsusi təşkil olunmuş hadisələr baş verir. Rusiya buna görə məsuliyyət daşıyır. Artıq sabah Rusiyaya qarşı yeni sanksiyalar qəbul oluna bilər».
20.56
Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı diversantların rəbhərliyi ilə telefon danışığını tuta bilib. Danışığın setnoqramı artıq açıqlanıb.
«Ukrayna Təhlükəsizlik Xidmətinin sənədləri təsdiq edir ki, ölkənin şərq hissəsində Rusiyanın geniş miqyaslı aqressiyası həyata keçirilir. Bu aqressiya RF silahlı qüvvələrinin baş qərərjahının diversiya qrupları tərəfindən həyata keçirilir», – deyə məlumatda qeyd olunur.
«Bu diversiya qruplarının fəaliyyətlərinin məqsədi yerli əhalini qorxuya salmaq, Ukrayna-ABŞ-AB-RF danışıqlarını pozmaqdır», – deyə təhlükəsizlik xidmətinin məlumatında deyilir.
20.24
Ukraynanın müvəqqəti prezidenti, parlament sədri Aleksandr Turçinov Milli Təhlükəsizlik və Müdafiə Şurasının aprelin 13-də qəbul etdiyi “Ukraynanın ərazi bütövlüyünün qorunması və terrorçuluğa qarşı təxirəsalınmaz mübarizə tədbirlərinin müddətinin uzadılması haqda” qərarı təsdiqləyib.
«Unian.net»in məlumatına görə, bununla bağlı fərman prezidentin saytında yerləşdirilib.
17.25
Donetsk vilayətinin Qorlovka şəhər milis bölməsi Rusiya ordusunun podpolkovnikinin komandanlığı altına keçib. Unian saytının məlumatına görə, günorta saatlarında Rusiya ordusunun podpolkovniki kimi özünü təqdim edən şəxs milis bölməsinə yeni rəhbər təyin edib.
Bu barədə Odessadan olan millət vəkili Aleksey Qonçorenko şəxsi bloqunda yazıb. Onun sözlərinə görə, rusiyalı polkovnik-leytinant bölmənin keçmiş rəhbərini həyətə çıxarıb və silahların təhvil verilməsini tələb edib. Daha sonra onu maşına otuzdurub naməlum istiqamətdə hərəkət ediblər.
Deputatın sözlərinə görə, Qorlovka şəhər milis bölməsi Donetsk vilayətində separatçılara qarşı daha sərt müqavimət göstərib. Rusiyameyilli separatçılar iki gün idi ki, bölməyə girmək istəyirdilər. Bu müddət ərzində Qorlovka şəhər milis bölməsinin əməkdaşlarına köməyə gələn olmayıb.
16.20
Rusiya Federasiyası Ukraynada terror yayır. Bunu Kiyevdə keçirdiyi brifinqdə Ukraynanın xarici işlər nazirinin müavini Daniil Lubkiyevski bildirib. Nazir müavinin sözlərinə görə, Rusiya artııq terrorizmlə mübarizədə iştirak etmir. BMT TŞ-nın son toplantısı isə göstərdi ki, Rusiyaya artıq heç kim inamır.
Lubkiyevski Rusiyanın Krımdakı ssenarini Ukraynanın şərqində təkrarlanmaq niyyətində olduğunu və bunun üçün peşakar hərbçilərdən, diversantlardan və agentlərdən istifadə etdiyini bildirib.
14:20
Rusiya ilə mübarizədə Qərb Ukraynaya hərbi dəstək verməlidir. Bu fikiri ABŞ prezidentinin keçmiş müşaviri və tanınmış analitik Zbiqnev Bjezinski CNN-ə müasahibəsində səsləndirib.
“Rusiya iddia edir ki, bu, insanların üsyanıdır. Həqiqətdə isə bu əraziləri ciddi müqavimətlə üzləşmədən ələ keçirməyin mümkünlüyünü yoxlayır. Sonra da bəyan edir ki, region özü Ukraynadan qopmaq istəyib.
Mən bir neçə həftə əvvəl Krımda baş verənlərlə hazırda şərqi Ukraynadakı hadisələr arasında inanılmaz oxşarlıq görürəm. Fərqləndirici nişanı olmayan hərbi geyimli bir qrup bandit, Krımdakı kimi, gözlənilmədən peyda olur və şəhərlərdə eynilə orada etdiklərini edir”, – deyə Bjezinski bildirib.
Analitikin firkincə, Rusiya Ukrayna ilə sərhəddə cəmləşdirdiyi qoşuna, qarşıdurma olacağı təqdirdə, hücum əmri verməyi planlaşdırır. Bzejinski əlavə edib ki, hadisələrin sonrakı inkişafı əhəmiyyətli dərəcədə ukraynalılardan asılıdır. Ukraynalılar müqvimət göstərməsələr, Rusiya şərq vilayətlərində də Krımda etdiyini edəcək. Bu halda Qərb də hadisələrə aktiv müdaxilə etmək imkanında olmayacaq.
“Əgər müqavimət göstəməyə qərar verilsə, mümkündür ki, Ukrayna hökuməti bir müddət addım-addım uduzacaq. Amma müqavimətin davamında Qərb böyük ictimai təzyiq altına düşəcək və xoşu gəlsə də, gəlməsə də Ukraynaya kömək etməli olacaq”, – deyə Bzejinski vurğulayıb.
Onun fikrincə, hərbi münaqişənin mümkünlük riskini azaltmaq üçün Ukrayna hökumətini deyilən plan barədə məlumatlandırmaq lazımdır: “Əgər ukraynalıları bu barədə əvvəlcədən xəbərdar etsək, böyük ehtimalla onlar Rusiyaya qarşı müqavimətə qalxacaq. Əgər Rusiya da bu barədə bilsə, böyük kampaniyaya başlamadan öncə bir daha düşünəcək”.
Bzejinski həmçinin, Ukraynada hazırda baş verənləri ABŞ-la Rusiyanın Vyetnamdakı toqquşmasına bənzədib: “Vyetnamı xatırlamaq kifayətdir. Biz orada minlərlə insan itirdik. Amma vyetnamlıları kim silahlandırırdı? Rusiya. Onlar bunda pis heç nə görmürdülər. Çünki burada özlərinin geosiyasi maraqlarını güdürdülər. Biz də Ukraynada eyni dərəcədə aktiv olmalıyıq”.
***
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanın ciddi təhlükı qarşısında olduğunu və bütün vətənpərvərlərin ləngimədən hərəkətə keçməli olduğunu deyib.
“Rusiya Krımı zəbt etməklə Ukrayna iqtisadiyyatının dörddə birini ələ keçirib. Əgər qarşıdakı günlərdə əsl müqavimət başlamasa, Ukrayna şərqlə yanaşı iqtisadiyyatının 40 faizi ilə yanaşı dövlətçiliyini itirmək perspektivi ilə də üz üzə qalacaq”, – deyə Saakaşvili bildirib.
***
BMT-nin Təhlükəsizlik Şurası Ukraynanın şərqində böhranın güclənməsinə dair fövqəladə iclas keçirib. İclası Rusiya çağırıb. Bundan əvvəl Ukraynanın hazırkı prezidenti Aleksandr Turçinov rusiyayönlü separatçılara aprelin 14-də Bakı vaxtıyla səhər 11-dək vaxt verib. Onlara silahlarını təhvil vermək və ölkənin şərqində tutduqları bir neçə hökumət binasını boşaltmaq əmri verilib. Əks halda ordunun iştirakıyla geniş miqyaslı anti-terror əməliyyatı keçiriləcəyi bəyan olunub.
Rusiyanın səfiri Vitali Çurkin BMT TŞ-yə bildirib ki, Ukraynanın elanından narahatdır. O, bəyan edib ki, Kiyev Ukraynanın şərqində gücdən istifadəni dayandırmalı və əsl dialoqa başlamalıdır.
Ancaq BMT TŞ-in digər üzvləri Rusiyanı sərt şəkildə tənqid və ittiham ediblər. ABŞ-ın qurumdakı nümayəndəsi Samanta Pauer bildirib ki, Ukrayna hökuməti güc tətbiqindən qaçmaq üçün indiyədək nə mümkündürsə, edib. Pauer Ukraynanın şərqində baş verənlərdə əlinin olmadığını deyən Moskvanı təkzib edib. “Bu, etiraz aksiyası deyil. Peşəkar silahlıların Rusiyada hazırlanan və koordinasiya olunan fəaliyyətidir”, – deyə o qeyd edib.
Pauer dialoq imkanlarının hələ də qaldığını deyib və bildirib ki, bunun üçün ilk növbədə Rusiya Ukrayna ilə sərhəddən öz qoşunlarını geri çəkməlidir.
Rusiyanın səfiri Çurkin isə deyib ki, ABŞ “nəzarətdən çıxan ukraynalıları cilovlamalıdır”.
Ukraynanın BMT-dəki səfiri Yuriy Sergeyev bildirib ki, böhranı Rusiya süni şəkildə yaradıb. O, Moskvanı Ukraynanın ərazi bütövlüyünə zərbə vuran hərəkətlərə dərhal son qoymağa çağırıb.
Fransanın səfiri Jerar Aro isə Moskvanı Ukraynanın şərqində baş verənlərdə rus ordusunun iştirakını inkar etməməyə çağırıb. Daimi nümayəndə Rusiyanın Krım ssenarisini təkrarlamaq niyyətində olduğunu qeyd edib. “Rusiyanın etirazına baxmayaraq ona artıq heç kim inanmır. Biz Krım ssenarisinin reallaşdırıldığını görürük. Rusiaymeyli silahlı adamlar aqressiv hərəkət edir və bütün bunlar internetdə yayımlanır. Rusiya internetin olduğunu anlamır və aşkar olanı inkar edir”, – deyə Fransa nümayəndəsi bildirib.
TŞ-nin iclasında Rusiyanı Böyük Britaniya, Litva və Avstraliya nümayəndələri də sərt tənqid ediblər. TŞ üzvlərindən heç biri Moskvanın mövqeyini müdafiə etməyib.
***
02:10
Zaporojedə hüquq-mühafizə orqanlarının əməkdaşları bir qrup Rusiyapərəst fəalı qoruma altında Ukrayna DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vilayət binasına aparıblar. Onları qoruma altına almaqda məqsəd isə ətrafdakı insanların hücumundan hifz etmək olub.
Belə ki, 5 mindən artıq yerli sakin kilometrlərlə “rüsvayçılıq dəhlizi” yaradıblar və Rusiyapərəstləri bu dəhlizdən lənətlərlə, “Ukraynaya eşq olsun!”, “Separatçılıq alınmayacaq!” kimi şüarlarla ötürüblər.
Rusiyapərəst fəallar çətirlərin arxasında gizlənməyə çalışıblar. Onların üstə yaş olub. Çünki 7 saatlıq gərginlik zamanı Zaparoje sakinləri onları yumurtalar, un və süd kisələri ilə “bombardman” ediblər.
Sakinlər Rusiyapərəstləri MCMİ-nin yerli binasına ötürəndən sonra da dağılmayıblar. Onlar hadisələrin necə inkişaf edəcəyini gözləyirlər.
***
Xarkovda milis meriyanın həyətini iki saat ərzində binaya girməyə çalışan separatçılardan azad edib. əməliyyat zamanı bir milis işçisi ağır yaralanıb. Qanun pozucuları meriyanın qapısı və pəncərələrini qırıb işəri daxil olsa da, milis onları binanın həyətində çıxarmağa müvəffəq olub. Hazırda bir neçə yüz dəyənəkli adam yenidən binaya girməyə cəhd edir.
***
13/04/2014
23:40
Maydan fəalları hakimiyyətdən ölkənin cənub-şərqində separatizmin qarşısını almağı tələb edir. Əks halda hakimiyyətdə olanları Yanukoviçin aqibəti gözləyir.
Ukrayna mətbuatının yazdığına görə, bu gün bir neçə min adam Maydana toplaşıb. Aksiyaçılar hakimiyyəti separatçılara qarşı sərt tədbirlər görməyə çağırıb. Həmçinin daxili işlər naziri Avakovun istefası tələb olunub.
***
Ukrayna təhlükəsizlik xidməti silahlı qüvvələrin iştirakı ilə geniş antiterror əməliyyatına başlayır. Bunu «Rada» telekanalına açıqlamasında Ali Radanın rəhbəri, prezident səlahiyyətlərini icra edən Aleksand Turçinov bildirib.
Turçinov bildirib ki, Rusiyaya şərq regionlarında Krım ssenarisini həyata keçirmək imkanı verilməyəcək. O həmçinin insan tələfatının qarşısını almaq üçün əllərindən gələni etdiklərini də qeyd edib.
***
Xarkovda Rusiyameyli fəallar şəhər meriyasının binasını ələ keçirib. Şəhər meri Genadi Kernes onların qarşısına çıxsa da, separatçılar ona tərəf daş atıblar. Separatçılar artıq meriyanın həyətinə girə bilib. Şəhərə toqquşmalar nəticəsində 50-dən artıq adam yaralanıb. Onlardan 10-u xəstəxanaya çatdırılıb.
***
Polşa hökumətinin başçısı Donald Tusk Ukraynanın şərqində administrasiya binalarını tutan insanlara terrorçu kimi münasibət göstərilməsini haqlı sayır və hesab edir ki, Ukrayna hakimiyyəti onlara qarşı qətiyyətli olmalıdır. Tusk bunu Ukrayna hakimiyyətinin ölkənin şərq regionlarında antiterror əməliyyatlarını şərh edərkən bildirib. «Heç kim ukraynalıları radikal hərəkətlərə təhrik etməməlidir. Ancaq indi elə bir an gəlib çatıb ki, Ukrayna belə həll yolunu qəbul etmədiyini nümayiş etdirməlidir», – deyə o qeyd edib.
Tuskun sözlərinə görə, Ukraynanın yeni hakimiyyəti son ana qədər özünü rasional aparıb və Krımdakı situasiya ilə bağlı təxribata getməyib. «Onların sərt reaksiya göstərməmək üçün özlərinə hara qədər sərhəd müəyyən etdiyini bilmirəm. Ancaq deyəsən indi ora gəlib çatıblar», – deyə Polşa hökumət başçısı bildirib.
Baş nazir qeyd edib ki, Ukrayna hakimiyyəti ilk növbədə öz gücünə arxayın olmalıdır. Heç bir üçüncü güc ölkənin özü qədər onu müdafiə etməyəcək. ABŞ yaxud Fransadan Ukraynanın müdafiəsində fəal iştirak edəcəklərini gözləmək mənasızdır.
Tuskun sözlərinə görə, Putin Ukrayna imkan verdiyi qədər irəliləyəcək. O həmçinin Qərbin Ukraynaya dəstəyini də vacib adlandırıb.
***
Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq Ukraynadakı separatçı hərəkətlərə görə Rusiyanı ittiham edib. O, Moskvanı Ukraynadakı sabitliyi pozmamağa çağırıb. Bildirib ki, belə addımlar vəziyyətdən çıxış üçün danışıqlara mane olur.
NATO-nun baş katibi Rasmussen də Ukraynanın şərqindəki son hadisələrin arxasında Rusiyanın dayandığını bəyan edib.
***
20:00
Aprelin 13-də Xarkov şəhərində Ukraynanın bütövlüyü tərəfdarları ilə Rusiyapərəst separatçılar arasında toqquşma baş verib. Separatçılar Şevçenkonun abidəsi yaxınlığında mitinq keçirən “Avromaydançılara” dəyənək və səs bombaları ilə hücum ediblər. Mitinqçilərdən bir neçəsi xəsarət alıb.
***
İsrailin baş naziri Benyamin Netanyahu iyun ayı üçün Rusiyaya, Sankt-Peterburqa nəzərdə tutulan səfərini ləğv edib. Bu barədə “Haaretz” qəzeti məlumat yayıb.
Netanyahunu Peterburqa şəxsən Rusiya prezidenti Vladimir Putin dəvət etmişdi. Onlar birlikdə bayram konsertində iştirak etməli idilər. Dəvətnaməni Putin bir neçə ay qabaq Netanyahuya əlbəl çatdırıb.
İsrail hökumətindəki mənbələr təsdiqləyiblər ki, baş nazirin səfərdən imtina etməsi Ukraynadakı böhranla əlaqədardır.
“Haaretz” bildirir ki, hazırda Rusiya ilə istənilən təmas baş nazirlə razılaşdırılır. Terrorçuluğa qarşı mübarizəyə dair İsrail-Rusiya görüşü də təxirə salınıb.
Bundan başqa İsrail Moskva yaxınlığında bu ilin yayında keçirilməli olan tank biatlonu üzrə dünya çempionatına öz heyətini göndərməkdən də imtina edib.
“Haaratez” diqqətə çatdırır ki, indiki məqama qədər İsrail Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı neytrallıq nümayiş etdirirdi.
İsrail Ukraynadakı vəziyyətlə bağlı BMT-dəki səsvermədə də iştirak etməmişdi.
***
Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq Ukraynadakı separatçı hərəkətlərə görə Rusiyanı ittiham edib. O, Moskvanı Ukraynadakı sabitliyi pozmamağa çağırıb. Bildirib ki, belə addımlar vəziyyətdən çıxış üçün danışıqlara mane olur.
NATO-nun baş katibi Rasmussen də Ukraynanın şərqindəki son hadisələrin arxasında Rusiyanın dayandığını bəyan edib.
***
Belarus prezidenti Aleksandr Lukaşenko telemüsahibələrindən birində Rusiyalı həmkarı Vladimir Putini hiddətləndirəcək fikirlər səsləndirib.
Lukaşenko deyib ki, Ukraynanın prezident əvəzi Aleksandr Turçinovu ölkə başçısı olaraq tamamilə legitim sayır.
“Məncə, bununla bağlı hər şey məntiqə uyğundur. Ukraynanın konstitusiyasına görə, prezident olmayanda onun səlahiyyətlərini Ali Radanın rəhbəri həyata keçirir. Belə də olub. Mən hesab edirəm ki, hazırda Ukraynanın prezidenti yoxdur. Konstitusiyaya görə isə prezident olmalıdır. Konstitusiyanın tələbi ilə prezident səlahiyyətini Turçinov yerinə yetirməlidir. Beləliklə, mənim üçün o tamamilə legitimdir. Ali rada da tamamilə legitim orqandır”, – deyə Lukaşenko bəyan edib.
Xatırladaq ki, Rusiya hələ də Ukraynaın devrilmiş rəhbəri Yanukoviçi legitim prezident sayır və yeni hökuməti qəbul etmir. Bu baxımdan Lukaşenko öz açıqlaması ilə həm də Putinə qarşı getmiş olur.
***
16:15
Dnepropetrovsk vilayətinin şimal, cənub və şərq istiqamətlərindən giriş-çıxışlarında 9 önləyici post qurulub.
Vilayətin Milli Müdafiə Qərargahının rəhbəri Yuriy Bereza UNİAN-a bildirib ki, blok-postların qurulması Donetskdə yaşanan separatçı hərəkətlərlə bağlıdır. Onlar Rusiya təxribatçılarının Dnepropetrovsk vilayətinə də soxula biləcəyindən ehtiyat edirlər və bunun qarşısını almaq üçün tədbirlər görüblər.
Bereza deyib ki, psotlarda güc orqanlarının əməkdaşları və Milli Müdafiə Polkunun künüllüləri keşik çəkəcəklər.
“Bizim vilayətdə insanlar hamılıqla ayaqdadır, hər rayonda yüzlərlə üzvü olan özünümüdafiə dəstələri yaradılıb. Təcavüzkarlara, kimliklərindən asılı olmayaraq, layiqli cavab verməyə hazırıq”, – deyə Bereza əlavə edib.
***
Zaparoje şəhərində də özünümüdafiə dəstəsi Rusiya təxribatçılarının mümkün hücumunu önləmək üçün səfərbərlik elan edib.
***
Ukraynadakı mənbələr xəbər verir ki, Donetsk vilayətinin Slavyansk rayonu separatçılardan demək olar, tam azad olunub. Onların qurduğu blok-postlar dağıdılıb. Separatçıların rabitə əlaqəsi tutulub. Məlumata görə, separatçılar sıralarından ölənlərin olduğunu deyib və nə etməli olduqlarını soruşublar.
Sosial şəbəkələrdə və saytlarda separatçıların özlərini müdafiə etmək üçün əsasən qadınlardan ibarət olan silahsız mülki şəxslərdən necə canlı səd qurduqlarını göstərən fotolar yayılıb. Sosial media fəalları separatçıları bu hərəkətə görə Əl-Qaidə ilə müqayisə ediblər.
Bu arada separatçıların Donetskin başqa bir şəhərində – Yenekiyevoda DİN, prokurorluq və şəhər sovetinin binalarını ələ keçirdiyi haqda məlumat yayılıb. Bəlli olub ki, separatçılar binaları gecə saatlarında tutublar. Binaların üzərinə Rusiyanın və “Donetsk Respublikası”nın bayraqları sancılıb.
Separatçılar Mariopolda da şəhər sovetinin binasını ələ keçiriblər.
***
13:40
Rusiyanın təşkil etdiyi təxribatçı qruplarla mübarizə üçün Danetskidə özünümüdafiə botalyonları yaradılır. Belə bir bəyanatla Ukrayna hərbi dəniz qüvvələrinin ehtiyatda olan kapitan-leytnantı Semyon Semençenko çıxış edib.
“Ukrayna prezidentinin qismən səfərbərlik və müdafiə nazirinin Donetsk vilayəti ərazisində 25 botalyonun yaradılması haqqında direktivlərini nəzərə alaraq, eləcə də DİN-in, Təhlükəsizlik Xidmətinin və Müdafiə Nazirliyinin bəzi əməkdaşlarının sabotaj və satqınlığına görə mən, dövlətdən heç bir dəstək olmadan, 25 botalyonun yaradılması məsuliyyətini üzərimə götürürəm” – deyə Semençenko bildirib.
Semençenko daha sonra bildirib ki, yaradılacaq botalyonlar dövlət orqanlarının qorunması, mühüm əhəmiyyətli obyektlərin mühafizəsi, təxribatçı qruplarla mübarizə ilə məşğul olacaq.
***
Ukraynanın şərqində, Donetsk vilayətinin Slavyansk rayonunda anti-terror əməliyyatına başlanılıb. Ölkənin bütün güc strukturlarının cəlb olunduğu əməliyyata bu gecə qərar verilib. Əməliyyata ümumi rəhbərliyi Təhlükəsizlik Xidməti edir.
Daxili işlər naziri Avakov məlumat verib ki, silahlı separatçılar anti-terror əməliyyatının iştirakçılarına atəş açıblar. Nazir hər iki tərəfdən ölən və yaralananların olduğunu deyib. Hökumət qüvvələrindən bir nəfər ölüb, beş nəfər yaralanıb. Separatçıların itkiləri barədə dəqiq məlumat yoxdur.
Əməliyyat zamanı Ukrayna xüsusi təyinatlıları Slavyansk şəhərinin girişində separatçıların qurduğu iki blok-postu ləğv edib. Geri çəkilən separatçılar qurduqları barrikadalara od vurublar.
Bu arada şəhər meri Nelya Ştefanın qaçdığı haqda xəbər yayılıb. Xəbəri separatçıların liderlərindən biri olan Ponomaryov verib və şəhərə rəhbərliyi öz üzərinə götürdüyünü deyib.
Nelya Ştefa ötən gün separatçıları dəstəkləyən bəyanat vermişdi.
***
Donetskin Slavyansk rayonunda dövlət orqanlarının binalarını tutanların keçmiş “Berkut”çular olduğu barədə şübhələr var. Binaları zəbt edən hərbi geyimlilər Kalaşnikov avtomatları və hətta qranatomyotlar daşıyıblar. Zəbtetmə əməliyyatı sürətlə və peşəkarlıqla həyata keçirilib.
Məlumatlı mənbələrdən biri “Azadlıq” radiosunun rus xidmətinə deyib ki, binaları zəbt edənlər “Berkut”un keçmiş əməkdaşlarıdır. “Əgər bir çox keçmiş Berkut əməkdaşlarının Rusiya pasportları aldığını və Krıma göndərildiyini nəzərə alsaq, tamamilə inandırıcıdır ki, buradakılar da onlardır. Onlar həmçinin, Berkut-un Ukraynada qalmış başqa əməkdaşları da ola bilər. Onların əllərindəki Kalaşnikovlar və qranatomyotlar Ukrayna milisində və təhlükəsizlik xidmətində olmayıb, yəni həmin silahları onlar özləri ilə gətiriblər”, – deyə mənbə qeyd edib.
***
Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsov bəyan edib ki, Donetskin Slavyansk rayonunda separatçıların hərəkətə keçməsi Putinin Ukraynanın materik hissəsində müharibəyə başladığını göstərir.
Onun fikrincə, Putin sanksiyalara və Rusiyanı təhlükəyə atan iqtisadi böhrana baxmayaraq, “va-banka” getməkdədir.
“Tanınma nişanları olmayan hərbi geyimli şəxslərin Slavtanskda peyda olması və güc orqanlarının binalarını zəbt etməsi bir şeydən xəbər verir – Putin va-banka getmək qərarı verib və Ukraynanın materik hissəsində müharibəyə başlayıb. Onu artıq “Qazprom”a və neft kompaniyalarına qarşı sanksiyalar dayandıra bilməz. O, ölkəni iqtisadi böhrana və çətinliklərə məhkum edəcək”, – deyə Nemtsov Facebook səhifəsində yazıb.
Nemtsovun fikrincə, Rusiyanı bahalaşma, yoxsulluq və işsizlik gözləyir. “İmperialist hisslərin bədəlini rus xalqı artıqlaması ilə ödəməli olacaq”, – deyə o, əlavə edib.
***
***
Sağ sektorun rəhbəri Yaroş Ukrayna hakimiyyətini fəaliyyətsizlikdə ittiham edib. O, bildirib ki, Ukraynanın şərqində indi Krım ssenarisi təkrar olur: “ Moskvanın təşkil etdiyi cinayətkar qruplar dövlət binalarını tutur, onların rəhbərlərinə istefa ərizəsi yazmağa məcbur edir, polis işçilərini girov götürürlər”.
Yaroşun fikrincə, bütün bunlar mərkəzi hakmiyyətin və daxili işlər nazirlıiyinin tam faəliyyətsizliyi şəraitində baş verir.
“Savboda” partiyasının sədri Oleq Tyaqnibok isə öləknin şərqində terroristlərə qarşı müqavimətin təşkilində ləngimənin, Krım ssenarisinin təkrarlanmasına gətirib çıxaracağını söyləyib. O bildirib ki, güc strukturları ləngimədən ölkənin şərqində faliyyət göstərən separatçıları və Rusiya təxribatçılarını neytrallaşdırmalıdılar.
Prezidentliyə namizəd Pyotr Poroşenko da hökuməti qətiyyətli addımlar atmağa çağırıb. O, Təhlükəsizlik Şurasının dərhal toplanmasına və konkret qərarlar qəbul olunmasına çağırıb. Poroşenko bildirib ki, əgər təcili olaraq ciddi addımlar atılmasa, qonşu dövlətin xüsusi xidmət orqanlarının təşkil etdiyi bu terrorçular bizə daha ciddi problemlər yaradacaqlar.
***
İsveçin Xarici İşlər Naziri Karl Bildt bildirib ki, Ukraynaya qarşı aqressiyasından sonra bu ölkəyə qarşı tətbiq edilən sanksiyalar nəticəsində Rusiya 150 milyard dollar pul itirib. Bununla yanaşı o qeyd edib ki, aprelin 14-də Lüksemburqda Avropa Birliyi Xarici İşlər Nazirlərinin görüşü olacaq. Görüş zamanı AB ilə Rusiya münasibətləri müzakirə olunacaq.
***
ABŞ Dövlət katibi Kerri ilə, Rusiya Xarici İşlər Naziri Lavrov arasında telefon danışığı olub. ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan danışıqda Ukraynadakı böhran müzakirə olunub. Kerri qeyd edib ki, ABŞ tərəfini Ukraynada baş verənlərin kənardan istiqamətləndirilməsi son dərəcə narahat edir.
Məlumatda o da bildirilir ki, Kerri Ukraynada vəziyyətin stabilləşməsi üçün addımlar atmayacağı halda, Rusiyanı yeni sanksiyalarla hədələyib.