“Mən Abdullah Öcalanla 19 il birlikdə yaşamışam”
Türkiyənin Reyhanlı mahalında 46 nəfərin ölümünə, 100-dən çox insanın yaralanmasına səbəb olan terrorun təşkilatçısı bəlli olub.
Türkiyə rəsmləri qanlı hadisənin ilk günündə açıqlama verərək, günahkarların müəyyən edildiyini, terrorun Suriya xüsusi xidmət orqanı “Əl Muhaberat” təşkilatının iştirakı ilə həyata keçirildiyini bildirmişdilər.
Dah sonra hadisədə şübhəli bilinən 9 nəfər saxlanıldı.
Bu gün isə baş vermiş olayın bir nömrəli təşkilatçısı haqqında məlumatlar yayılıb.
Reyhanlıdaki bomba partlayışında bir nömrəli şübhəli Suriyanın keçmiş lideri Hafiz Əsəd dönəmində qurulan “Əl Muhaberat”la işləyən və “Aceleciler” adlı silahlı dəstəyə başçılıq edən Mihraç Uraldır.
Türkiyə mediasının verdiyi məlumatlara görə, silahlı dəstənin keçmiş rəhbəri Mahir Çayandan sonra onun üzvləri daha çox Hatay vilayətinin sakinlərindən təşkil olunub. Örgütün liderliyinə isə Mihraç Ural gətirilib. Sonralar Mihraç Ural Suriyaya qaçaraq Əsəd tərəfdarı olan “Müqavimə Suriya” adlı qrup yaradaraq Lazkiyə dağlarında “Azad Suriya Ordusu” ilə döyüşür.
Hafiz Əsədin qohumlarından biri ilə evli olan Uralın Türkiyə sərhədinə 10 kilometr məsafədə olan Kəsəp bölgəsində hazırlanan əmliyyatlara liderlik etdiyi və 2000 nəfərlik silahlı dəstəyə sahib olduğu bildirilir.
“Sırtlan” kod adlı Mihraç Ural bir müddət əvvəl BBC-yə müsahibəsində öz fəaliyyətindən danışmış, Abdullah Öcalanla Suriyada ikən 19 il birlikdə yaşadıqlarını bildirmişdi.
Mihraç Uralın həyat yoldaşı Mələk Fədal Suriyanın tanınmış adamı Cəmil Əsədin yaxın qohumu və katibəsi olub. “Hatay Qurtluluş Örgütü”nü də Mihraç Ural Cəmil Əsədin əmriylə yaradıb.
Reyhanlı terrorunda günahkar bilinən Mihraç Ural saytların birinə açıqlamasında “Reyhanlıda qətl törədən əl, Dəməşqdə, Hələbdə qətillər törədən əllə eynidir” deyərək Əsədə qarşı döyüşən müxalifləri hədəf göstərib.
Reyhanlıdakı patlayışda yalnız orduların və gizli xidmətlərin sərəncamında olan bir ton bombadan istifadə edildiyi bildirilir.
Türk kəşfiyyatı bildirib ki, Reyhanlı əməliyyatını “Cilvegözü” partlayışını təşkil edənlər reallaşdırıb. Çünki hər iki hadisədə eyni bombalardan istifadə edilib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxışında bildirib ki, Reyhanlıdakı qanlı hadisənin cavabı misliylə veriləcək. “Bəzi adamlar bizim Suriya siyasətimizi bəyənmir. Biz gözü yaşlı uşaqlara, haray qoparan analara kömək etməməliyik? Türkiyəni oyuna çəkmək istəyirlər, səbrin test edirlər. Ancaq vaxtı gələndə bu hadisələrin cavabı misliylə veriləcək”.
İlham