Həbsdə olan jurnalist Pərvuz Həşimli təsisçisi olduğu “moderator.az” saytından imtina edir. Bu barədə azadliq.info-ya vicdan məhbusunun vəkili Bəhruz Bayramov məlumat verib.
“Pərviz Həşimli bildirdi ki, “moderator.az” saytının təsisçiliyindən imtina edir və həbsindən sonra adı gedən saytla heç bir əlaqəsi olmayıb. Pərviz Həşimli eyni zamanda mətbuat orqanlarından xahiş edir ki, bundan sonra onu “moderator.az” saytının təsisçisi kimi təqdinm etməsinlər”, – deyə vəkil bildirib.