Hər dəfə 20 Yanvar, 26 Fevral və 31 Mart günlərində bir sual adamı çox düşündürür: bu qətliamlardan sonra biz ermənilərlə yenidən birlikdə yaşaya bilərikmi?
Yəqin, 1918-ci ilin martında ermənilərin Bakıda törətdikləri soyqırımından sonra da Azərbaycan türkləri ermənilərlə yenidən bir yerdə yaşamaq istəməzdilər. Həmin ilin mayında qurulan Azərbaycan Xalq Cümhuriyyəti millətimizin soyqırımına görə ermənilərlə haqq-hesab da çəkəcəkdi. Bunlar baş verərdi, yalnız, Azərbaycan 1920-ci ilin aprelində ikinci dəfə Rusiya tərəfindən işğal edilməsəydi…
Indi Azərbaycan türklərinin ermənilərlə bir daha “can deyib-can eşitməsi” üçün gərək möcüzə baş verə, yəni, SSRI bərpa oluna ki, bizi “sovet xalqı” adı altında yenidən “qardaşlaşdırsınlar”, “beynəlmiləlləşdirsinlər?!” Sonra da bizi yenidən qəflət yuxusuna verib torpaqlarımızdan ermənilərə pay ayırmaqda davam etsinlər?!
Amma SSRI-nin bərpası “ölünün dirilməsi” kimi bir şey olduğundan, həm də dünya bu gün başqa bir dünya olduğundan nə Azərbaycanın “bir kərə yüksələn bayrağı bir daha enər”, nə də ruslar Azərbaycanı Ermənistanla yenidən “barışdıra” və erməniləri Azərbaycan türklərinə “qardaş” kimi sırıya bilərlər.
Zatən millətimiz erməni pisliyini heç zaman unutmayıb, erməniləri əfv etməyib; ermənilərin törətdikləri qırğınlardan doğan qəzəb və nifrət hissi tükənməyib. Bu hiss 1918-20-ci illərdə də, sovet hakimiyyəti dövründə də olub və bu gün də əskik deyil, daha da artıqdır…
Erməniyə antipatiya bu və ya digər şəkildə nəsildən-nəslə ötürülüb. Bəzən şüurlu, bəzən şüuraltı olsa da, bütün zamanlarda özünü büruzə verib. Hətta uşaqlarımızın küçələrdə əylənərkən ağız-ağıza verib söylədikləri şeirlərdə də ermənilərin mənfi obrazı öz əksini tapıb.
Halva döyül, tiyandı,
Çaxır içib piyandı.
Kənddə bir eşşəyim var,
Adı da Şaumyandı.
…1918-ci ilin mart hadisələri zamanı uşaqlarımız Bakı küçələrində erməniyə nifrətli belə ifadə edirmişlər. Söhbətin nədən getdiyi anlaşıldı yəqin. Sadə xalq hələ o zaman bilirdi ki, Bakıda Azərbaycan türklərinin soyqırımı məhz bolşevik cildinə girmiş erməni daşnak Şaumyanın başçılığı ilə həyata keçirilib. Lakin sovet hakimiyyəti illərində həmin Şaumyan Azərbaycana bolşevik-kommunist rəhbər kimi tanıdılıb, cinayətləri unutdurulub… Lakin Şaumyanların əsl kimliyindən sonrakı nəsil xəbərsiz qalsa da, millətimiz intuitiv olaraq erməni ilə hər zaman ehtiyatlı davranıb, ermənini şər qüvvə kimi qəbul edib.
Yəqin, sovet illərində “erməniyə dayı de, işinin xatirinə” misalı da əbəs yerə geniş yayılmayıb. Bu deyimdə sətiraltı məna sezilir; erməninin arxalı olmasına işarə edilir. Arxalı köpək isə qurd basar, deyiblər. Baxın, o zaman Azərbaycanı rus-sovet rəhbərliyi idarə edib, ancaq xalq arasında rusa yox, erməniyə “dayı” demək məsləhət görülüb?! Yəni eyham edilib ki, erməni rusa güvənir, erməni rusun casusudur, erməninin arxasında rus dayanır… Ermənilərin əsilsiz, qorxaq və eyni zamanda qəddar olmaları ilə bağlı ayrı-ayrı deyimlər də nahaqdan meydana çıxmayıb.
Bəli, 1988-89-cu illərdə artıq ermənilər gizli fəaliyyətdən açıq hücuma kecir, öncə Azərbaycan türklərini öz tarixi torpaqlarından – Irəvandan (indiki Ermənistan) qovur, sonra da Azərbaycana soxulub Qarabağa əl uzadırlar… O illərdə isə Bakı küçələrində belə bir ifadə tez-tez eşidilirdi: “Bakı gözəl şəhərdir – ermənilər olmasa!” Bu da ermənilərin paytaxtımız Bakı şəhərinə yad ruhlu, təhlükəli bir qüvvə olmasına işarə idi. Əlbəttə, belə də oldu…
1990-cı ilin yanvarında erməni casuslar Bakıda pozuculuq fəaliyyəti göstərir, Azərbaycan türklərinin növbəti soyqırımına zəmin yaradırlar. Yanvarın 19-dan 20-nə keçən gecə isə erməni daşnaklar yerli ermənilərin müdafiəsi adı altında, həm də bu dəfə rus-sovet ordusu sıralarında Bakıya soxulur və yenidən qətliam törədirlər. Eyni ilə 1918-ci ilin martında daşnak Şaumyanın rus-bolşevik qüvvələrinin köməkliyilə Bakıda törətdiyi qətliam kimi… Lakin 20 Yanvar faciəsi nəticəsində millətimizin qəzəb və nifrətinə tuş gələn ermənilər Bakını birdəfəlik itirir, şəhəri tərk etməli olurlar; Bakı isə tezliklə öz azadlığına qovuşur…
Bu gün – müstəqillik illərində də erməni obrazı dildən-ağızdan düşmür. Qəsbkar ermənilərə hiddət dolu münasibət dəyişmir.
Onları bağışlaya bilərikmi? Onlarla bundan sonra bir yerdə yaşaya bilərikmi?
Bəlkə də mümkündür, yalnız bir şərtlə – ermənilər bütün bəşəriyyət qarşısında cinayətlərini etiraf edir, işğal etdikləri torpaqları geri qaytarır, ölkəmizə və xalqımıza vurduqları maddi-mənəvi zərəri ödəyir və Azərbaycanın timsalında bütün Türk dünyasından üzr istəyirlər!
Ayıq olmaq lazımdır, bu gün təkcə xaricdə yox, elə öz içimizdə ermənilərin yenidən yazıq, zavallı, aldadılmış xalq imicini formalaşdırmağa çalışan qüvvələr var. Özünü fərqli düşüncəyə sahib kimi təqdim edən bəzi gənc yazarlarımızın fəaliyyətində Azərbaycan xalqının ermənilərə qəzəb və qisas hissini zərərsizləşdirməyə yönələn səylər, yaxud ermənilərin peşmançılıq çəkdiyinə inandırmaq cəhdləri aşkar görünür.
Həmin yazarlar ki, onların yazılarında Azərbaycan türkü aşağılandığı halda, erməni, rus və gürcünün tərifi göylərə qaldırılır. Həmin yazılar ki, orda Azərbaycan xalqına davamlı və məqsədyönlü şəkildə ümidsizlik, pessimizm aşılanır, xalqı coşduran kiçik uğur belə kölgə altına alınır. Hətta “boş, mənasız yerə ölmək” istəmədiyi üçün ordumuza təslim olan erməni əsgəri ilə Azərbaycan əsgərinin taleyi arasında paralellik (?!) aparılır, başqa sözlə, düşmənlə üz-üzə duran Azərbaycan əsgərininÿvə xalqının döyüşÿruhuna zərbə vurulur… Təlqin edilir ki, “boş, mənasız yerə ölməmək” üçün Azərbaycan əsgəri də silahı yerə qoymalı, işğalla barışmalıdır?!
Qısacası, xalqımıza “sülh çağırışı” edən, müharibəni “lənətləyən” və problemin həllinə “barışçı”ÿmövqedən yanaşanlar, əslində beyinlərimizi yenidən yumağa qalxıblar. Yəni tarixən erməni işğalına məruz qalan və qalmaqda davam edən Azərbaycan dünən “beynəlmiləlçilik”, bu gün isə “humanizm və bəşəri ideallar” adı altında güzəştlərə təşviq edilir, bütün ədalətsizliklərin unutdurulmasına çalışılır.
20 Yanvar, 26 Fevral və 31 Mart tarixlərini unutmadıq və unutmayacağıq!
Şövkət Məmməd