İlahiyyətçi Elşən Mustafaoğlu həbs edilib və barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Bu haqda islamazeri.az saytı xəbər yayıb. Onun 3 gündür Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlandığı deyilir.
E.Mustafaoğlu dekabrın 17-də saxlanıb, 19-da barəsində həbs qərarı çıxarılıb. Onun həbsinin səbəbləri və hansı maddə ilə ittiham olunması hələ ki, məlum deyil.
E.Mustafaoğlu 2001-ci ildə «Mənəvi Saflığa Dəvət» İctimai Birliyini təsis edib. 2005-ci ildən «Yeni Şərq» Elmi Araşdırmalar Mərkəzinin direktorudur
E.Mustafaoğlu ANS-də veriliş aparıcısı, «Azərbaycan-Amerika Media Akademiyası»nın direktoru olub.
O, son iki ildə Norveçdə elmi layihə üzrə çalışıb, bu ilin əvvəlində ölkəyə qayıdıb. Bir neçə ay öncə isə Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığa başlayıb.