14-cü "zon"da məhbuslara qarşı sərt tədbirlər davam edir
"Cenubnews.com" saytı xəbər yayıb ki, islamçı məhbus, jurnalist Araz Quliyev də daxil olmaqla bir neçə məhbus dekabr ayının 26-dan karserdə saxlanılıb. Bir neçə gün öncə həmən məhkumardan səkkiz nəfəri karserdən çıxarılıb. Digər üç nəfər – Araz Quliyev, Miryusif Seyidov və Natiq adlı məhkum hələ də karserdə saxlanılır. Martın 19-u günorta günorta saatlarında isə Araz Quliyev və daha iki məhkumun 14 saylı CÇM daxilində məhkəməsi keçirilib. Məhkəmə onların Qobustan qapalı tipli həbsxanasına köçürülməsi barədə qərar çıxarıb.