Martın 3-də Ali Məhkəmədə Milli Şuranın üzvü Eldəniz Quliyevin işindən verilən şikayətə baxılıb.
Vəkil Elçin Sadıqov Modern.az saytına deyib ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə Eldəniz Quliyev iştirak etməyib: “Biz məhkəmə istintaqı aparılmamasından narazıydıq. Apelyasiya baxışının məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar olmadan keçirilməsi qərarı alındı. Biz Apelyasiya Məhkəməsinin bu qərarından Ali Məhkəməyə verdiyimiz şikayət təmin olunmadı. Mahiyyəti üzrə iş yenidən baxılması üçün Apelyasiya Məhkəməsinə qayıdacaq. Növbəti prosesin vaxtı məlum deyil”.
Oktyabrın 30-da Nəsimi rayon Məhkəməsi Eldəniz Quliyevi təhqir və böhtanda təqsirli bilərək onu 480 saat müddətində ictimai işlərə və 1000 manat cəriməyə məhkum edib. Qərar daxili işlər naziri Ramil Usubovun xüsusi ittiham qaydasında iddiası əsasında çıxarılıb.
Şikayət ərizəsində Nəsimi rayon Məhkəməsinin qərarının ləğvi istənilir.