Sahibkarların və hökumətin fərqli əsasları var
Manatın dollara nisbətdə dəyərini itirməsi ölkənin bütün sahələrinə mənfi təsir edib. Bu məsələ qiymət artımı məsələsini gündəmə gətirib ki, əhali qiymətlərin hazırkı səviyyədən daha çox bahalanmasından ehtiyat edir. Hökumət isə qiymət artımını diqqətdə saxladığını bəyan edərək bir sıra tədbirlərlə bunun qarşısını almağa çalışır.
Xaricdən idxalla məşğul olan sahibkarlar bu əməliyyatları dollarla etdiyi üçün manata nisbətdə ölkə daxilində qiymətləri artırmağı vacib hesab edərək bunu sözügedən şəkildə əsaslandırırlar. Hökumət isə xaricdə ucuz olan bəzi məhsulların ölkədə baha satılmasını əngəlləmək üçün müvafiq addımlar atmaqda istrarlıdır. Belə olan halda, görəsən, hansı tərəf haqlıdır?
Bu arada Iqtisadiyyat və Sənaye Nazirliyi ÿistehlak bazarında aparılan yoxlamalar zamanı bəzi ticarət obyektlərində qanun pozuntuları aşkarlamaqda davam edir. Nazirliyin Ictimaiyyətlə əlaqələr şöbəsindənÿModern.az-a verilən məlumata görə, qurum yanında Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı şəhəri, Xətai rayonu ərazisində “Ümid” marketdə və Nərimanov rayonu ərazisində “Çinar” marketdə aparılan yoxlamalar zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla əsassız qiymət artımına yol verildiyini aşkarlayıb.
Iqtisadçı-ekspert Oqtay Haqverdiyevin sözlərinə görə idxal olunan məhsulların qiymətinin artırılması təbiidir. Çünki sahibkarlar malları xaricdən dollarla alıb ölkə daxilində manatla satırlar. Manat dəyərdən düşüb və həmin məhsulları yenidən almaq üçün dollar lazımdır. Sahibkar isə real vəziyyətə görə qiyməti artırmalıdır:
“Dünyanın hələ yaxşı vaxtında gömrükdən keçən qiymətlərlə satış qiymətləri arasında bir neçə dəfə fərq olub. Bu, daha çox kərə yağı və qənd məhsullarında özünü göstərib. Müqavilə qiymətiylə satış qiymətləri arasındakı təzad kəskin şəkildə fərqlənib. Məhsul bir neçə yerdən keçdiyi üçün qiymətlər topdansatışa çatana kimi şişir və artıq istehlakçıya bir neçə dəfə artmış qiymətlər təklif edilir. Bu, həmişə olub. Ölkədəki rüşvətxorluq və korrupsiya, həmçinin monopoliya bu problemin olduğu kimi qalmasına səbəb olur”.
Nigar