"Biz qanun qarşısında deyilik, qanunu ayaqlar altına atan repressiyanın saxta ittihamları qarşısındayıq"
Həbsdə olan tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayıl ANS kanalının "Hesabat" proqramına etiraz edib. Xanım jurnalistin Meydan TV-yə daxil olan açıqlamasında deyilir: “ANS-in “Hesabat” verilişində Emin Hüseynovla bağlı süjetə baxdım. Mirşahin belə bir söz də işlətdi ki, Xədicə İsmayıl və Leyla Yunusdan fərqli olaraq Emin Hüseynov qanun qarşısında durmaq istəmədi. Səhvi heç də kiçik deyil. Ən azı ona görə ki, biz qanun qarşısında deyilik, qanunu ayaqlar altına atan repressiyanın saxta ittihamları qarşısındayıq”.