Yadımlı rayonu Çanaxbulaq kəndindən olan Sənubər Ağayeva dövlət başçısına ünvanladığı müraciətin surətini “Azadlıq”a da göndərib. Dələduzluğun qurbanı olduğunu deyən Sənubər Ağayeva məktubda yazır:
“Illərlə əziyyətlə yığdığım 20 min manat pul iki nəfərin dələduzluğu sayəsində əlimdən çıxıb. Bununla bağlı iş 6 ay süründürülüb. Nəhayət, Yasamal Rayon Polis Idarəsində müstəntiq Əli Məsimovun rəhbərliyi altında Zülfiyyə Rüstəmova və Vasif haqqında dələduzluq maddəsilə iş açılıb. Bu işin açılmasından beş-altı ay keçməsinə baxmayaraq, ortada heç bir nəticə yoxdur. Son ümid yeri kimi, dövlət başçısına müraciət etməyi qərara aldım. Xahiş edirəm, bu problemin həllilə bağlı müvafiq orqanlara göstəriş verib, mənə yardımçı olsun”.
Sosial şöbə