“Şabran rayonu Zeyvə kəndinin bələdiyyə sədri Nuriyev Cəmaləddin Müzəfəddin oğludur. O, bu seçkilərdə qalib gəlib postunu qorumaq istəyir. Amma məsələ burasındadır ki, Cəmaləddin Nuriyev fəraridir”. Bu sözləri Zeyvə kənd sakini Elxan Məmmədov “Azadlıq”a ünvanladığı müraciətdə bildirib. Onun sözlərinə görə, Cəmaləddin Nuriyevin fərari olması ilə faktı ilə Bakı Hərbi Prokurorluğunda cinayət işi başlanıb: “Cəmaləddin Nuriyev istintaq zamanı verdiyi ifadədə fərari olduğunu etiraf edib. Hərbi prokurorluq onun saxta yolla aldığı hərbi biletin ləğvi barədə qərar qəbul edib. Bunu Zeyvədə bilməyən yoxdur”.
Elxan Məmmədov daha sonra qeyd edib ki, Cəmaləddin Nuriyev ona məxsus torpaq sahəsini zəbt olunmasına yardım edib: “Mənə məxsus torpaq sahəsini əlimdən alaraq, heç bir sənədləşdirmə aparmadan Pirədil seçki komissyasının sədri Nizami Baloğlanov tərəfindən çəpərləmənməsinə dəstək verib. Komissiya sədri də bunun əvəzində Cəmaləddin Nuriyevə bələdiyyə seçkilərində onu qalib edəcəyini vəd edib”.
Elxan Məmmədov qəzetimiz vasitəsilə ölkə başçısı Ilham Əliyevə müraciət bu məsələni diqqətdə saxlamasını xahiş edir.