Ağcabədi rayonunun Avşar kəndinin əhalisi ilə “Muğanbank”ın bu rayondakı filialı arasında qalmaqal yaşanıb.
Kənd sakinlərinin Avropa.info-ya göndərdikləri müraciətdə , qalmaqala səbəb olaraq , “Muğanbank”ın heç bir səbəb göstərmədən, əhalisinin sayına görə, Ağcabədidə ikinci olan bu Avşar əhalisinə kredit verməkdən imtina etməsi göstərlir .
“Bank müdiri deyir ki, biz bu kəndin əhalisinə kredit vermirik. Səbəbini də izah etmirlər. Bu bankın əsas fəaliyyət növü rayonlarda təsərüffatın inkişafı üçün, kredit verməkdir. Ağcabədinin bütün kəndlərinə kredit vermələrinə baxmayaraq, rayonun əhalisinə sayına görə, ikinci böyük kəndinə kredit vermirlər. Bu özbaşnalıq və ayrıseçkilikdir. Onların bu addımı çox təhlükəli məqamlara gətirib çıxara bilər. Biz “Muğanbank”ın bu addımını dövlətə və ölkə rəhbərliyinə qarşı təxribat hesab edirik.”
Kənd sakinləri Milli Bankın İdarə Heyyətinin sədri Elman Rüstəmova müraciət edərək, bununla bağlı tədbir görülməsini istəyiblər.
Avropa.info-nun əldə etdiyi məlumata görə, “Muğanbank”ın sahibi elə Ağcabədi rayonundan deputat seçilən Tahir Rzayevdir. Bankın Ağcabədi filialına da, deputat oğlunun rəhbərlik etdiyi bildirilir.
Qeyd edək ki, Avşar kəndi ölkənin ən tanınmış kəndlərindən hesab olunur.