İyulun 30-dan həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktorum Leyla Yunus Kürdaxanıdakıda istintaq təcridxanasından zəng etmək imkanı əldə edib və saxlanma şəraiti barədə məlumat verib. Turanın direktoru Mehman Əliyevlə söhbət zamanı o bildirib ki, ona təcridxananın Nuriya adlı əməkdaşı tərəfindən psixoloji və fiziki təzyiq göstərilir. Avqustun 5-də həyat yoldaşı Arif Yunusun həbs olunduğunda bəri o heç bir sovqat almır. Onun həmçinin MTN-nin istintaq təcridxanasında saxlanılan həyat yoldaşının vəziyyəti barədə heç bir məlumatı yoxdur. Leyla Yunus bildirib ki, indiyə qədər Arif Yunusun yanına vəkil buraxılmayıb.
Hüquq müdafiəçisi səhhətinin ağırlaşdığını (şəkərin ağır forması) və zəruri tibbi yardımın olmadığını təsdiqləyib. Yunus qəzet əldə etmək və TV-ə baxmaq imkanından məhrum olunduğunu da bildirib. Xatırladaq ki, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus dövlətə xəyanət, vergidən yayınma və qanunsuz sahibkarlıqda ittiham olunaraq həbs olunub. Avropa Birliyi, ATƏT, Avropa Şurası, həmçinin bir çox beynəlxalq hüquq müdafiə təşkilatları Yunusların siyası səbəblərdən həbs olunuğunu bəyan edib və onların dərhal azad olunmasını tələb edib.
Yunuslar adları həmçinin hüquq -müdafiə təşkilatları və vəkillər tərəfindən tərtib edilən 98 nəfərlik siyasi və vicdan məhbusunun yer aldığı vahid siyahıya daxil ediliblər.