İrəvan xanlığı torpaqlarında yaradılan Ermənistan respublikasında “erməni soyqırımı”nın anılmasının 100 illiyi keçirilir. 50 il (1915-1965-ci illər) ərzində qətiyyən anılmayan və birdən-birə yada düşərək, haray qopardılan soyqırımına aydınlıq gətirmək vaxtıdır. Bunun üçün “erməni soyqırımı”nın yarım əsrlik bir dövrdə yaddan çıxmasını tarixi faktlara əsaslanaraq təhlil etmək kifayət edər.
(Ixtisarla)
“Erməni soyqırımı”nın birinci – ilk anımı 1915-1925-ci illərdə ola bilərdi, lakin yada düşmədi. Baxmayaraq ki, “qırğın” təzə olmuşdu və ermənilərin bu onillik ərəfəsində bir çox dini və siyasi tədbirləri keçirilmlşdir. Məsələn: 1916-cı ilin 23-26 mayında (yeni tarixlə) Peterburq yaxınlığındakı Petroqradda “Ümumrusiya erməni qurultayı” keçirildi ki, burada Rusiyanın 60 yaşayış məntəqəsindən 150 erməni nümayəndəsi müxtəlif məsələlər ətrafında müzakirələr apardılar. Qurultayda 97 siyasi-ictimai təşkilatlardan çıxış edənlərdən heç kəs 1,5 milyon erməninin öldürülməsindən danışmadı.
1917-ci ilin may ayının əvvəllərində Irəvan şəhərində də bir yığıncaq, belə deyək ki, “ermənilərin birinci qurultayı” keçirildi. Onun gündəliyindəki 10 məsələdən heç biri “erməni soyqırımı”na aid deyildi, məruzə və çıxışlarda da bu barədə danışılmamışdır (halbuki “qırğın” olanla qurultay keçirilən yerlərin ara məsafələri 25-35 kilometr idi). Digər bir tədbir 6-sı oktyabr 1917-ci ildə Tiflis şəhərində oldu. “Ümumerməni qurultayı” işə başladı və bir neçə gün davam elədi (Tiflislə “1,5 milyon erməni qırılan” məsafə 40-45 kilometr uzaqlıqda idi). Bu qurultayda da “erməni soyqırımı” barədə bir nəfər belə danışmadı. Əksinə, ermənilər gürcü və azərbaycanlılara qarşı bəzi tələblər irəli çəkdilər. Qurultay nümayəndələri birgə bəyanat verdilər ki, onu Aramais Yerznkyan oxudu: “…ermənilər susa bilməzlər ki, Bakı türklərə, Tiflis Gürcüstana qalsın. Erməni xalqı buna icazə veribdirmi? Demokratiya imkan verməməlidir ki, Bakı, ya Tiflis bir millətə qismət olsun, bu şəhərlər başqa millətlərə də mənsub olmalıdır… Biz tələblərimizi aydınlaşdırmaqla bərabər, tələblərimizə nail olmalıyıq…”
Bolşevizmin erməni qırılmasına “soyuq münasibətinə” dair başqa bir misal. 1917-ci ilin oktyabr ayının axırında “Qafqaz bolşevik təşkilatlarının birinci qurultayı” oldu və burada da erməni millətindən nümayəndələr iştirak edib, çıxış elədilər. Lakin onlardan heç kəs ermənilərə qarşı soyqırımı edilməsindən və 1,5 milyon erməninin qırılmasından danışmadı. Qafqaz və qafqazətrafı bölgələrdə həmin vaxtlarda milyondan çox erməni yaşayırdı və onun xeyli hissəsi qırılmış olsaydı bu hadisəyə fikir bildirməliydi. “Sağ qalmış” bolşevik erməni, əlbəttə, susmazdı.
O dövrün mətbuatında da soyqırımından yazılar olmamışdı. 1918-ci ildə Bakıda nüfuzlu qəzet olan “Bakı Sovetinin xəbərləri” nəşr edilirdi. Bu qəzetin redaktoru milliyətcə erməni Anastas Mikoyan idi (o, sonralar SSRI-də ən yüksək vəzifələrdə oldu). Əgər mövcud olan ermənilərin milyondan çoxu qırılsaydı A.Mikoyan bu barədə yazmazdımı? Redaksiyada işləyən ermənilər də belə faktı gizlətməzdilər.
Külli miqdarda erməni qətlə yetirilsəydi, o dövrün mətbuatı istər Avropa ölkələrində, istərsə də başqa ölkələrdə susardımı? Həmin illərin qəzet səhifələrində bir cümlə belə ermənilərə qarşı soyqırım olmasından yazılar tapmaq mümkün deyil. Arxivlərdə saxlanılan qəzetlər araşdırılsa görünər ki, 1960-cı illərə qədər SSRI mətbuatında da 1,5 milyon erməninin öldürülməsindən yazılar verilməyib. Halbuki SSRI mətbuat sistemində 10 mindən çox erməni işləyirdi və onlara böyük azadlıq verilmişdi.
1915-1952-ci illərdə (Türkiyə NATO-ya qoşulana qədər) “Spyurkahay”lar da, yəni xarici ölkələrdə yaşayan ermənilərin nəşr etdiyi çoxsaylı qəzet və curnallarda da “erməni soyqırımı”na aid yazılara rast gəlinmir. Qırğın olsaydi, 100-lərlə erməni mətbuatda bu məsələyə həsr edilmiş yazıların ardı-arası kəsilməzdi. Çünki hər ölkədə yaşayan erməni icmasının özünün qəzeti var və istədikləri məqalələri dərc edə bilirlər. Mətbuat azadlığı yüksək olan ölkələrdə həmin dövrlərdə nəşr edilən erməni mətbuatını sadalamaqla deyilənləri təsdiqləmək olar: Livanda “Zartunq” qəzeti; Kiprdə “Henaran” qəzeti; Fransada “Arevelk”, “Arevmudk”, “Paris”, “Vanaser”, “Yerevan”, “Abaqa” və sairə; Bolqarıstanda “Huys”, “Qarmir lyurer”, “Hayatert”, “Hayeli” və sairə; Italiyada “Surhandaq”; Iranda “Aravod”, “Alik”, “Ayk” və sairə; Gürcüstanda “Sovetakan Vrastan”; Argentinada “Armeniya”,” Yercanik huys”; ABŞ-da “Asparez”, “Lraber”, “Nor or”, “Hayrenik”, “Baykar”, “Qrunk”, “Hayqaqan lyurer” və sairə; Braziliyada “Hayasdani dzaynı”; Misirdə “Arev”, “Qanzasar”; Kanadada “Abaqa”, “Orizon” və s. Qeyd olunan mətbuatlardan başqa Suriyada, Iraqda, Rusiyada və digər ölkələrdəki xeyli qəzet curnallarda da 1960-cı ilə qədər bir məqalə belə “erməni soyqırımı”nın olması barədə yazılmayıb.
Ermənilərin xarici ölkələrdə nəşr elədikləri qəzet və curnalları tədqiq və təhlil edən A.Qarinyan yazılarında soyqırımına yer ayırmayıb. A.Qarinyan “Erməni müxtəlif mətbuatları tarixindən” kitabında “erməni soyqırımı”na aid fikirlərə toxunmayıb. Artaşeş Qarinyan kitabında yazır ki: “…bizim erməni müstəmləkələri və qaçqın ocaqlarına aid heç bir tarixi təhlilimiz normal və əsaslı qaydada yoxdur, yalnız məqalələr və tarixi ekskursiyalar vardır ki, o da mətbuatdakı yazılara əsaslanır…”. A. Alpoyacyanın “Erməni qaçqınları tarixi” kitablarında da ( I cild 1941, II cild 1955 və III cild, 1961-ci ildə üçü də Qahirədə nəşr edilib) 1,5 milyon erməninin türk-kürdlərin öldürməsindən bəhs edilmir.
Məlumdur ki, dünyanın 30-dan çox ölkəsində ermənilər yaşayır və onların təşkilatlanmalarının da özünəməxsus formaları var. Yəni məskunlaşdıqları ölkə qanunlarına uyğun ola biləcək qurumlar yaradırlar. Yerli hakimiyyət tərəfindən rəsmən qeydə alınan və alınmayanların müxtəlif adda olanlarının sayı yüzdən çoxdur. Erməni icmalarının təşkil elədikləri partiyalar, təşkilatlar, birliklər, ittifaqlar və digər qurumlar da Türkiyə NATO-ya üzv olana qədər qərar və bəyanatlarında “erməni soyqırımı”na aid bir cümlə yazmayıblar. Faktlara müraciət edək. Fransada “Fransa erməni gənclər ittifaqı” xeyli vaxtdır fəaliyyət göstərir. Onun üzvlərindən 28 nəfəri 1958-ci ildə Moskvada keçirilən Vl Dünya Gənclər festivalında iştirak edib və onların 5 nəfəri Irəvanda olub (Fransa, SSRI və Ermənistan SSRI-i mətbuatında işıqlandırılmışdı). Gənclər Parisdəki görüş və müsahibələrində “erməni soyqırımı” adlı məsələdən danışmayıblar. Digər bir fakt: Fransada “Erməni sabiq əsgərləri birliyi” yaradılmışdı. Bu təşkilata vaxtilə I və II Dünya müharibələrində iştirak edən erməni əsgərləri üzv olublar. Fəaliyyətləri dövründə bu birlik “erməni soyqırımı”nın adını çəkməyib. Digər bir fakt. HOK(Hayastanin Oknutyan Komitet), (”Ermənistana Yardım Komitəsi”)1924-cü ildə Parisdə yaradılıb (şöbələri ABŞ və Bolqarıstanda da olmuşdur). Məqsədləri Irəvan xanlığı torpaqlarında yaradılan Ermənistana maliyyə dəstəyi vermək və erməniləri azərbaycanlılar yaşayan ərazilərə köçürmək olmuşdur. Bu təşkilatın da imkanları çox olsa da soyqırımı barədə danışmağı olmayıb. “Fransa ermənilərinin mavi xac (daşnak) təşkilatı” da, NATO-ya Türkiyə üzv olana qədər soyqırımı adını çəkməyib.
1943-cü ildə ABŞ-da yaradılan “Amerika ermənilərinin Milli Şurası”, 1947-cü ildə yaradılan “Amerika erməniləri ilə Ermənistan əlaqələrini möhkəmləndirən Ittifaq”, “Amerika ermənilərinin qabaqcıl ittifaqı”, “Vətənpərvərlər ittifaqları” və bu kimi təşkilatlar 1960-cı illərə qədər bir kəlmə belə “erməni soyqırımı” barədə məsələyə toxunmayıblar. ABŞ-ın Qlendel şəhərində 1956-cı ildə yaradılan “Iran erməniləri birliyi” də “erməni soyqırımı” olsaydı, danışmağı unutmazdılar… Yüzlərlə belə faktları sadalamaq olar.
Dünyanın onlarla ölkəsində erməni kilsələri var və bəzilərinin tarixi qədimdir. Ateizm (Allahsızlıq) SSRI-də hökm sürən dövrlərdə xarici ölkələrdəki qriqoryan-erməni kilsələri sərbəst fəaliyyət göstərirdi. Erməni tarixinə, ənənələrinə aid olan və istədikləri yubileylərini qeyd edə bilirdilər. Dini ocaqlarda ilboyu keçirilən tədbirlər barədə dinə xidmət göstərən şəxslər mövcud nizamnaməyə əsasən hesabatlar da təqdim edirdilər. Hesabatlar çox vaxt erməni icmaları üçün açıqlanırdı. 1915-1960-cı illərə, yəni Türkiyə NATO-ya qoşulana qədər erməni-qriqoryan kilsələrində keçirilən tədbirlərə nəzər salınsa aydın olar ki, “erməni soyqırımı”na aid tədbir keçirən olmayıb. Kilsələrin nəşr etdiyi qəzetlərdə də belə yazılar yoxdur. “Soyqırımı”nın anımı yalnız 1960-cı illərdən sonra başlayıb.
Ermənistan Respublikası Spyurkahay Komitəsinin məlumatına əsasən, erməni-qriqoryan kilsələri nəzdində və sərbəst fəaliyyət göstərən 20-dən çox ölkədə axşam, həftəlik və daimi erməni məktəbləri vardır. Məlumdur ki, bu məktəblərin dərsliklərində 1960-cı ilə qədər ermənilərə edilən soyqırımı və 1,5 milyonun qırılmasına aid mövzular tədris edilməyib. Türkiyə NATO-ya qoşulandan və SSRI ilə ABŞ arasında “soyuq müharibə” başlayandan sonra Ermənistandakı və xaricdəki erməni məktəblərindəki bir neçə fənnlərdə “erməni soyqırımı” dərsləri keçirilməyə başlanıb. Daha aydın deyəsi olsaq 325 kilometr dövlət sərhəddi olan Türkiyə kimi qonşu dövlətə və türklərə əbədi düşmən olmaq üçün erməni məktəblərində dərslər keçirilir (hətta Afrika cunqlilərindəki tayfalarda belə tərbiyə üsulu yoxdur).
“Erməni soqırımı” olsaydı, elə 1915-ci ildən başlayaraq müxtəlif təbəqələrdən olan dünya erməniləri bu barədə danışardılar. Yoxsa 50 il susub qalmazdılar.
Siyasətə, tarixə, milli məsələlərə, inqilab və müharibələrə aid minlərlə məqalələrin, məruzələrin və kitabların müəllifi olan A.Mikoyanda “erməni soyqırımı” na aid yazılar və fikirlər yoxdur.
“Erməni soyqırımı” kompaniyası A. Mikoyanın təşəbbüsü və təşkilatçılığı ilə 1960-cı illərdən başlamışdır və bunu Irəvan xanlığı ərazisində daim məskunlaşmış azərbaycanlılar bütün xırdalıqları ilə bilirlər.
Amerika qitəsi dövlətlərində sosialist sisteminin yaradılması proqramına rəhbərlik edən A.Mikoyan bəzi ölkələrə rəsmi və qeyri-rəsmi səfərlər də edirdi. Vəziyyət ABŞ-da nəzarətdə saxladığına görə ABŞ-a yaxın ölkələrin birindən o, Moskvaya qayıdarkən, təyyarəsini məcbur edib, hərbi aerodroma endirmişdilər (özü və ekipac girov saxlandı). Diplomatik danışıqlardan sonra, A.Mikoyan SSRI-yə “təhvil verildi”. Həmin günlərdə A.Mikoyanın arvadı da qəflətən vəfat etdi və o, dəfn mərasimində iştirak edə bilmədi. A.Mikoyanın “girov” edilməsindən sonra Amerika qitəsi ölkələrində “sosializmi qurmaq” ideologiyası tədricən səngiməyə başladı.
Planlaşdırılmışdı ki, Amerika qitəsinə sosializmin ruşeymini yeritmək, “erməni soyqırımı”nı Uruqvay parlamenti tanıdıqdan sonra digər ölkələrə də dəb salmaq və beləliklə, Türkiyəyə tutarlı siyasi zərbə vurmaq. Halbuki 1915-1923-cü illərdə ermənilər Türkiyədə və Irəvan xanlığı ərazisində sayca daha çox insan qırmışdılar. Türkləri və Türkiyəni xoşlamayan sovet başçısı N.Xruşşov ermənilərin təklif elədikləri məsələlərə ikiəlli razılıq verirdi. Bir faktı demək lazım gəlir. N.Xruşşovun oğlu Sergey ABŞ-dan 2000-ci illərin əvvəlində cunalistə müsahibə verərkən atasını belə xatırlayırdı: “…atam heç vaxt bizi döyüb-söyməzdi… hirsi tutanda söyüşəvəzi “tı turok”- “sən türksən” deyərdi…” (müsahibə mətbuatda yayımlanmışdı).
Hələ 1958-ci ildə N.Xruşşov ABŞ prezidenti Eyzenhauerin dəvəti ilə 13 günlük səfərdə olarkən (heç bir ölkə başçısı bu qədər uzun müddətdə xaricə səfər etməmişdi) və ABŞ-ın bir neçə ştatlarını gəzərkən rəsmi görüşlərlə yanaşı erməni diasporu üzvləri ilə də görüşmüşdü. Xruşşov Amerika qitəsindəki ölkələrdə “kapitalizmi çökdürmək” barədə fikirlərini ermənilərlə müzakirə etmişdi. Erməni diasporu SSRI-yə edəcəkləri xidmət müqabilində Türkiyəyə təsir metodunun növlərini də onunla razılaşdırmışdılar. Bu “bazarlaşma” ABŞ kəşfiyyatına məlum olduğundan 1960-cı ildə BMT-nin toplantısına gələn Xruşşovu ABŞ rəsmilərindən heç kəs qarşılamamışdı. Özünü hörmətsiz edən Xruşşov yalnız SSRI səfirliyinin binasında qalmalı olur (burada da erməni diasporu üzvləri ilə görüşür). BMT tribunasında çıxış edən Xruşşov ABŞ-a, NATO-ya və ona üzv olanlara qəzəbini bildirir. Özünü gülünc vəziyyətə qoyur, ayaqqabısı və yumruqlarını çıxış elədiyi anda döyəcləyərək təkrar-təkrar deyir: “…Biz siz kapitalistləri dəfn edəcəyik…” (onun fikirləri SSRI-yə qonşu, NATO Türkiyəsinə daha çox aid idi). Ermənilər həvəslə deyilən fikirlərdən bəhrələnir, “erməni soyqırımı” ideyasını canlandırmağa, ona uzunmüddətli və genişmiqyaslı ömür verməyə bünövrə qoyurdular. 50 il keçdikdən sonra erməni siyasətçilərinin (əliqabarlı ermənilərin yox) bu planlarının bəzi detalları bəlli oldu…
Erməni siyasətçilərinin “uzaqgörənliyi” nəticəsində millət qondarma “erməni soyqırımı”na əsir düşüb. Erməni gəncləri isə milli düşmənçilik əzmində tərbiyə edilirlər. Ermənistanın da dövlət kimi parazit həyat tərzində yaşaması, şərbazlıq və işğalçılıqla məşğul olması göz qabağındadı.
SSRI-nin antiNATO, antiTürk, antiABŞ siyasəti sovetlərlə birgə məhv oldu. Lakin 50 ildən sonra yada düşən, kommunistlərdən ermənilərə miras qalan “erməni soyqırımı” yaşayır.
Maksim Musayev, Azərbaycan Respublikası Milli Məclisinin keçmiş deputatı