Oqtay Haqverdiyev: «İndiki siyasətlə iqtisadiyyatın dirçəlməsi mümkün deyil»
Rusiyanın maliyyə naziri Anton Siluanov neftin qiymətinin düşməsi və Qərbin sanksiyaları nəticəsində ölkə iqtisadiyyatının məruz qaldığı itkilərin 200 milyard dollar həcmində olduğunu bəyan edib.
Nazir deyib ki, ən neqativ təsiri neftin qiymətinin azalması göstərib və bu faktor tənəzzülün əsas hərəkətverici qüvvəsi olub, sanksiyalar nəticəsində yaranan maliyyə defisiti isə 40-50 milyard dollar təşkil edib: “Tətbiq olunmuş sanksiyalar doğrudan da bizə mənfi təsir göstərib. Lakin Rusiya şirkətləri bu vəziyyətə uyğunlaşa biliblər, ölkənin tədiyyə balansına isə korrektələr edilib. Rubl zəifləyib, ancaq gördüyünüz kimi, həyat davamÿedir və biz də yaşamağa davam edirik”.
Xatırladaq ki, yanvarın 29-daÿAvropa Ittifaqı Rusiyaya qarşı sanksiyaların müddətinin daha 6 ay uzadılması barədə qərar qəbul edib.
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, son dövrlərdə baş verənlərin nəticəsi olaraq, Rusiyanın valyuta ehtiyatları 360 milyard dollara düşüb. Halbuki, bir il əvvəl bu rəqəm 510 milyard idi və həmin vəsait Mərkəzi Bankın ehtiyatında qalırdı. Vmma Milli Təhlükəsizlik Fondu və Inkişaf Fondunda 170-180 milyardlıq vəsait də var: “Sanksiyalar davam etsə, neftin qiyməti təxminən 50-60 dollardan yuxarı qalxmasa, onda Rusiya öz iqtisadiyyatında bu vəziyyəti nəzərə alaraq üç-dörd il sonra başqa bir inkişaf yolu tuta bilər. Hazırda Qərblə, Amerika ilə Rusiya arasındakı geosiyasi məsələlər, Ukraynadakı vəziyyət onu göstərir ki, uzunmüddətli bir müharibə ola bilər. Rusiya iqtisadiyyatının bundan sonra dirçəlməsi, vəziyyətin bütünlüklə dəyişməsi üçün hakimiyyət dəyişməlidir. Yeni bir siyasət formalaşmalıdır. Indiki siyasətlə isə bu, mümkün deyil”.
Nigar