Türkiyə qəzeti vaxtilə təkzib olunmuş məsələni yenidən gündəmə gətirdi
2013-cü ilin may ayının 14- də bir nəfərin silahla yaralanması olayı Türkiyədəki “Hürriyyt” qəzetinin səhifələrinə düşüb. Hadisə adi kriminal olmaqdan çıxıb. Çünki olayın arxasında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun adı peyda olub. Bu silahlı münaqişə isə Anar Məmmədovun cangüdənləri arasında olub.
Hadisə ötən il, mayın 14-də Antalyada, Gənclik məhəlləsində baş verib. “Hürriyət” qəzeti yazır ki, bu qanlı hadisə Ziya Məmmədovun oğlu, Azərbaycan-Amerika Alyansının prezidneti, Garant Holdingin prezidenti Anar Məmmədovun mühafizəçiləri arasında baş verib. Anar Məmmədovun mühafizəsinin rəisi olan 51 yaşındakı təqaüdçü zabit İsmayıl Gənc ilə mühafizəçi, 35 yaşındakı Kubilay Göl arasında mübahisə olub. Mübahisə böyüyüb, hər iki tərəf silaha əl atıb. Kubilay Göl daha çevik hərəkət edərək İsmayıl Gənci yaralayıb.
2013-cü il, dekabrın 22-də Antalyadakı 4-cü Ədliyyə Hüquq Məhkəməsinə təqdim edilən iş üzrə ifadələr alınıb.
Kubilay Göl istintaqa verdiyi ifadədə bildirib ki, Anar Məmmədov onu çağıraraq İsmayıl Gənci öldürməsini istəyib, amma o bundan imtina edib. Kubilayın bildirdiyinə görə, Anar Məmmədov bu qətl üçün ona 500 min dollar təklif edib. Anar Məmmədov hesab edirmiş ki, İsmayıl Gənc onun Türkiyədən Azərbaycana köçürdüyü qara pullardan oğurlayırmış.
Kubilay Gölün bildirdiyinə görə, o, İsmayıl Gənci öldürməkdən imtina etsə də, bir müddət sonra onunla üz-üzə gəlməli olublar.
Kubilay Göl istintaqa bildirib ki, bu para oğurluqları ilə bağlı məsələni müzakirə etmək üçün onlar İsmayıl Gənc ilə Antalyadakı Əski Sənaye deyilən yerdə görüşüblər. Mübahisə silaha qədər böyüyüb. “Mən vurmasam, o məni vuracaqdı” deyib Kubilay.
Kubilay Göl bildirib ki, bu mübahisəni Bakıda da yatırmaq üçün çox cəhdlər olub və işə hətta Azərbaycan Daxili İşlər Nazirliyindən olan adamlar da qarışıblar.
Kubilay Göl əvvəllər məhkum olunmayıb, Türkiyətə «özəl tim» adlanan xüsusi təyinatlı qüvvələrdə serjant olub. Sonra Anar Məmmədovun Türkiyədəki projeləri üçün xüsusi heyət topladığını eşidərək istefa edib və onunla işləməyə başlayıb. Anar Məmmədovun mühafizə xidmətundə 2,5 il işləyib. «Korumanın başında İsmayıl Gənc vardı. Gənc koruma görəvinin dışında bazi yatırımlarla ilgili para trafiğini yönləndiriyordu. Zatən, bu sürə işərisində milyonluq bir sərvətə sahib oldu. Tabii, bu durum patronun dikkatını da çekdi» deyə, Kubilay Göl “Hürriyət” qəzetinə bildirib.
Yazı “Hürriyyət”in internet saytından çıxarılsa da, qəzet variantı qalmaqdadır.
P.S. Sözü gedən məsələ Türkiyədəki “Hürriyet” qəzetində 2013-cü il avqust ayının 17-də bir başqa spektdən də işıqlandırılmışdı. (“Azeri bakının türk korumasına ne oldu” adlı yazıda. http://www.hurriyet.com.tr/yazarlar/23742477.asp). Köşə yazarı Yalçın Bayer Anar Məmmədovun mühafizəçisi İsmayıl Gəncin ailəsinə istinadən yazmışdı ki, bu mühafizəçi itib. İsmayıl Gəncin itməsinə səbəb isə onun azərbaycanlı mühafizəçilərlə davasını göstərmişdi. Bayer qeyd etmişdi, İsmayıl Gəncin ailəsi Bakıdakı Türkiyə səfirliyinə baş vursa da, onun haqqında heç bir xəbər öyrənə bilmirlər.
Bu yazıdan iki gün sonra, 2013-cü ilin avqust ayının 19-da “Hürriyet” qəzetində yenə də Yalçın Bayerin başqa bir yazısında (“Her elemanı tanımak zorunda deyilem” adlı yazı http://www.hurriyet.com.tr/yazarlar/23761831.asp) Anar Məmmədovun mövqeyi dərc edilmişdi. Anar Məmmədovun mövqeyindən dərc edilən bu yazıda onun böyük proyektlər üzərində çalışdığı, bu proyektlərin türkiyə və Azərbaycanın perspektivləri üçün böyük önəm daşıdığı və bu proyektlərdə minlərlə adamın çalışdığı qeyd edilmişdi. Yazıda o da vurğulanırdı ki, Anar Məmmədovun belə bir cüngüdəni olmayıb.
Anar Məmmədovun rəhbəri olduğu “Garant Holding”in hüquqşünası Ruslan Məmmədov da o vaxt yazılanları təkzib edib: “Bəlkə də nə zamanlarsa əməkdaşlıq etdiyimiz hər hansı bir şəxsin, şəxslərin bu gün bizimlə əlaqələndirilməsi sadəcə gülünc görünür. Ən azından mühüm bir məsələni unutmayaq ki, istənilən halda, dünyanın istənilən bir ölkəsində işəgötürən yalnız hazırda əməkdaşlıq etdiyi işçiyə görə hər hansı bir məsuliyyət daşıyır, əməkdaşlıq müqaviləsinin müddəti başa çatdıqdan sonra işçinin törətdiyi hansısa bir əmələ görə keçmiş işəgötürənlərinin ittiham edilməsi heç bir sağlam düşüncəyə, sağlam məntiqə sığmır”.
İnformasiya şöbəsi