Gədəbəydə qızıl yataqlarının istismarı ətraf mühitin antropogen çirklənməsi ilə müşayiət olunur. Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun kafedra müdiri Ənvər Əliyev bunu Trend-in müxbirinə bildirib. Alim bildirib ki, çirkləməyə ən çox Gədəbəyin otlaqları məruz qalıb. O, qeyd edib ki, qızıl yataqlarının istismarı prosesində müasir texnologiyalardan istifadə edilməsə bunun qarşısını almaq mümkün olmayacaq.
Xatırladaq ki, Azərbaycanın qızıl yataqları prezident İlham Əliyevin qızlarının adına olan özəl şirkət tərəfindən istismar olunur. Beynəlxalq araşdırmaçı jurnalistlər təşkilatı bu yataqların mənimsənilməsi ilə bağlı ilginc korrupsiya faktlarını ortaya qoymuşdular.