“Ötən bazar günü ANS-in “Hesabat” verilişində Kəlbəcərin işğalının ildönümü ilə bağlı efirə verilmiş reportajda adıçəkilən telekanal həqiqətə uyğun olmayan görüntüləri ardıcıl montaj etməklə ifadə olunan mənanın fərqinə varmayıb və nəticədə rayon əhalisini təhqir edib”. Bu barədə “Kəlbəcər” cəmiyyətinin redaksiyamıza daxil olan bəyanatında bildirilir. Bəyanatda daha sonra deyilir ki, belə həssas günlərdə ANS hazırladığı hər bir materiala xüsusi diqqət yetirməli, hər bir söz və görüntünün ifadə etdiyi mənanı nəzərdən qaçarmamalıdır.
Cəmiyyətin sədri İmamverdi Cəfərov isə deyib ki, hərbi vətənpərvərlik mövzusunu daim diqqətdə saxlayan bir telekanal kimi ANS-in erməni işğalından maddi və mənəvi ziyan çəkən kəlbəcərlilərin hisslərini dəqiq anlayacağına ümid edir.