"Məncə, İlham Əliyev dəyişməyib. Ən azı, yaxşıya doğru dəyişməyib…”
Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gil “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna onun İlham Əliyevdən medal alması mövzusunda məktub yazıb. O, məktubunu facebook səhifəsində paylaşıb. Keçmiş səfir facebookda Rauf Arifoğlunu bu hərəkətinə görə qınayan qeydlər paylaşmışdı. Bu məktub isə həmin qınağa görə Rauf Arifoğlunun keçmiş səfirə ünvanladığı cavab yazısı ilə bağlıdır. Steynar Gil məktubunda bunalrı qeyd edir:
“Əziz Rauf! Mənə məktubunuzu oxudum. Mövqeyinizi belə ətraflı şəkildə ifadə etdiyinizə görə Sizə hörmətimi bildirirəm. Həmçinin ünvanıma söylədiyiniz xoş sözlərə görə təşükkür edirəm.
Sizinlə razıyam, laşıram ki, həqiqətən Azərbaycanda vəziyyət dəyişib. Amma o baxımdan ki, ölkədə demokratiya və azadlıqlar daha da məhdudlaşdırılıb, siyasi məhbusların, o cümlədən həbsdə olan jurnalistlərin sayı artıb.
Yadımdadır, 2003-cü ildə mənim iqamətgahımda Siz İlham Əliyev haqqında çox kəskin məqalə yazdınız. Hətta o qədər kəskin idi ki, mən Sizdən onu yumşaltmağı, fikirlərinizi nisbətən az sərt formada ifadə etməyi xahiş etdim.
İndi isə Siz İlham Əliyevdən medal aldınız. Məncə, İlham Əliyev dəyişməyib. Ən azı, yaxşıya doğru dəyişməyib…
Hörmətlə, Steynar”