Sakinlər etiraza qalxdı; Binəqədi polisində etirazçılara nə deyiblər?
Xəbər verdiyimiz kimi dünən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospetki 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada dəhşətli yanğın baş verib. Hadisə səhər saatlarına təsadüf edib. Penaplastla üzlənmiş binada baş verən yanğının ilk saatlarında 2 nəfərin öldüyü 10-ya yaxın sakinin isə xəsarət aldığı barədə məlumat yayılsa da, sonradan ölən və yaralananların sayı artıb. Hələ ki, son məlumatlara görə, yanğın 16 nəfərin həyatına son qoyub, 64 nəfər sakin isə xəsarət alıb. Lakin sosial şəbəkələrdə yayılan məlumatlarda iddia olunur ki, yanğın zamanı 30 nəfərə yaxın sakin dünyasını dəyişib. Ölənlər arasında azyaşlı uşaqlar da var.
Yanan bina ilə bağlı xəbərlər link:
https://www.azadliq.info/siyast/66839-bakda-16-mrtbli-bina-yanr.html