AXCP Səbail rayon şöbəsinin sədri Saqif Qurbanov azadlığa buraxılıb. Xatırladaq ki, Saqif Qurbanov aprelin 6-da həbs edilmişdi. Həmin gün polislər onun Səbail rayonu ərazisində yerləşən ofisinə hücum ediblər. Daha sonra Saqif Qurbanova fiziki zor tətbiq Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparıblar. AXCP fəalı polisə müqavimətdə ittiham olunub. Səbail Rayon Məhkəməsinə aparılan Saqif Qurbanov 25 sutka inzibati həbs cəzasına məhkum edilib.
AXCP fəalı həbsdən çıxdıqdan sonra "Facebook" səhifəsində mübarizəsinə davam edəcəyini yazıb.