Avropa İttifaqı Azərbaycana may ayında Riqada keçirləcək Şərq Tərəfdaşlığı sammitində iştirakla bağlı dəvət göndərib. Aİ rəsmisi bildirib ki, qurum İlham Əliyevin sammitdə istirakini arzulayır.
"Riqa sammitində iştirak üçün dəvətnamələri yeni göndərmişik. Azərbaycandan kimin iştirak edəcəyi barədə məlumatımız yoxdur. Lakin prezidentin iştirakı ən ideal hal olardı", adının çəkilməsini istəməyən Aİ sözçüsü BBC Azərbaycancaya deyib.
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Əliyevin sammitə qatılıb-qatılmayacağından xəbərsizdir.
Azər Qasımov deyir ki, onda prezidentin sammitdə iştirak edib-etməyəcəyi barədə heç bir məlumat yoxdur.