Deputat Musa Quliyev bir müddət əvvəl dediklərini indi təkzib edir
Xeyli vaxtdır ki, Azərbaycanda müəllimlər və həkimlərə dövlət qulluqçusu statusunun veriləcəyilə bağlı gözləntilər var. Lakin deputat Musa Quliyev gözləntilərə son qoyub. O, “APA”ya açıqlamasında bildirib ki, bu məsələ gündəmdə deyil: “Həkimlərin və müəllimlərin maaşlarının artırılması, diferensiallaşmış maaş həmişə diqqət mərkəzindədir, amma dövlət qulluqçusu məsələsi gündəmdə deyil. Ona görə ki, heç dünya praktikasında da belə bir şeyə rast gəlinməyib. Dövlət qulluqçusu statusu dövlət sektorunda işləyənlərə şamil olunur, müəllim isə öyrədəndi, təhsil sektorundadır. Həkim isə səhiyyə sektoruna aiddir. Həkim və müəllim dövlətdən asılı, məmur olmalı deyil”.
Maraqlıdır ki, elə həmin Musa Quliyevin özü yaxın keçmişdə indi dediklərinə tamamilə zidd olan bir açıqlama vermişdi. Deputat 30 avqust 2013-cü il tarixlı açıqlamasında müəllim vəÿ həkimlərəÿ dövlət qulluqçusu statusunun verilməsinə dair konsepsiya hazırlanacağını, ardınca da “Dövlət qulluğu haqqında” qanuna ÿəlavə ÿvə dəyişikliklər ediləcəyini bildirmişdi. Hətta o, bu hadisəninÿi ictimai həyatda inqilabi yenilik olacağını da vurğulamışdı: “Müəllim vəÿ həkimlərin dövlət qulluqçusu statusu alması Azərbaycanın ictimai-sosial həyatında inqilaba bərabər hadisə ÿolacaq. Düşünürəm ki, bu konsepsiya qəbul olunandan sonra müəllimlərin, həkimlərin əməkhaqları dəfələrlə ÿartacaq. Pensiya ödənişlərində, məzuniyyətlərində, digər sosial təminatlarında da nəzərəçarpacaq dəyişikliklər olacaq. Bununla ölkəmizdəÿuzun illər davam edən müəllimlərin vəÿ həkimlərin əməkhaqqı problemi bu qanunla öz həllini tapacaq.ÿÜmumi şəkildəÿ düşüncəmi deyəÿbilərəm ki, müəllim vəÿ həkimlərəÿ dövlət qulluqçusu statusunun verilməsi çox mühüm bir addım olacaq”.
O zaman başqa bir deputat – parlamentin Elm və ÿtəhsil komitəsinin üzvü Bəxtiyarÿ Əliyev dəÿ həmkarının fikirlərinə ÿdəstək olaraq bildirmişdi ki, ÿhəkim vəÿ müəllimlərəÿ dövlət qulluqçusu statusunun verilməsi olduqca vacibdir: “Bu, bir çox problemlərin tezlikləÿ həllinə ÿgətirəcək, yüksək ixtisaslı kadrların hazırlanması və əhaliyəÿ yüksək səviyyəli xidmətin göstərilməsinə ÿböyük bir töhfə ÿolacaq”.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov da öz növbəsində, müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsilə bağlı konsepsiyanın hazırlandığını bəyan edəndən sonra parlamentarilər də bu barədə payız sessiyasında müzakirələr aparılacağı barədə açıqlamalar vermişdilər.
Nə baş verdi ki, vaxtilə Milli Məclisin gündəmində olan bu məsələ indi öz aktuallığını itirdi?
Iqtisadçı ekspert Nemət Əliyev bu haqda danışarkən ilk növbədə onu vurğulayır ki, Azərbaycan hökuməti həmişəki kimi, yenə də istər yerli, istərsə də beynəlxalq ictimaiyyəti təəccübləndirən fikirlər irəli sürür. Konkret Musa Quliyevin bir-birinə tamamilə əks fikirlər səsləndirməsinə gəlincə, ekspert deyir ki, o, bu cür məsələlərdə heç bir rola malik deyil: “Sanki bu kreslo sahibləri arasında hökumətə yarınmaq istiqamətində rəqabət hökm sürür.ÿFikirləşirlər ki, necə eləsinlər, nə danışsınlar, hakimiyyətin xoşuna gəlsin. Müəllim və həkimlərə dövlət qulluqçusu statusu verilməsi təşəbbüsü də bu təbəqənin rəğbətini qazanmaq məqsədi güdürdü”.
Ekspert hesab edir ki, hökumətin bu məsələdə fikrini dəyişməsinə səbəb olan əsas amil dünya bazarında neftin ucuzlaşması ilə əlaqədar gəlirlərin azalmasıdır: “Bəlkə də bu məsələni neft gəlirləri yüksək olduğu vaxt həyata keçirmək olardı.ÿ Amma ÿbu gün artıq neftin qiymətləri kəskin şəkildə aşağı düşdüyü üçün büdcə gəlirləri xeyli dərəcədə azalıb.ÿAzərbaycanın real iqtisadi sektorunda baş verən tənəzzül daha qabarıq şəkildə özünü büruzə verir. Dövlət büdcəsində ciddi problemlər yaranıb. Bu vəziyyətdə, dövlət qulluqçusu hesab olunacaq müəllim və həkimlərin maaşı hansı vəsait hesabına qaldırıla bilər?”
Deputat Musa Quliyevin müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməməsini onların dövlətdən asılı vəziyyətə salınmaması ilə əsaslandırmaq cəhdinə gəlincə, Nemət Əliyev deyir ki, bu peşə sahibləri onsuz da dövlət məmurlarından asılı vəziyyətə salınıb. Nemət Əliyev seçkilərin saxtalaşdırılması prosesində əsasən müəllimlərdən, tibb işçilərindən istifadə olunması faktını yada salır: “Bu gün müəllimi, həkimi seçki saxtakarlığına sövq edənlər artıq bu təbəqəniÿ yüksək rütbəli məmurlardan asılı vəziyyətə ÿgətiriblər. ÿBu gün ölkədə müəllimə qarşı edilməyən hörmətsizlik qalmayıb.ÿ Görünən odur ki, hökumət Azərbaycan müəllimi və ÿhəkimini növbəti dəfəÿaldatdı…”
Emil