ABŞ-ın Federal Rezerv Sistemi artıq bu il ərzində faiz dərəcələrini qardırmaqla bağlı qərar verə bilər. Söhbət Federal Rezerv Sisteminin banklara verdiyi kreditlerin faiz dərəcələrindən gedir.
Son günlərdə Federal Rezerv Sisteminin bu sahədəki siyasətinin sərtləşdirilməsinin başqa ölkələrə necə təsir edəcəyi ciddi müzakirə mövzusudur. Problem ondan ibarətdir ki, ötən dövrlərdə faiz dərəcələrinin artırılması inkişaf etməkdə olan ölkələrdə böhranlara səbəb olub. Harvard Universitenin professoru Cefri Franklin fikrincə, bu, ölkələrdə vəziyyət onların ötən problemlərdən necə dərs götürməsindən asılı olacaq. Onun fikrincə, 90-cı illərdəki valyuta böhranları inkişaf edən ölkələrin bəzi zəruri olan amilləri nəzərə almasını tələb edir – çevik mübadilə kursu, xarici valyutalarda böyük məbləğdə yığım, fiskal siyasətin tsikllərinə az bağlılıq, etibarlı mövcud hesab dollar və xarici valyutalarda mümkün qədər az borc öhdəlikləri. Bu amilləri nəzərə almış ölkələr 2008-2009-cu il böhranında daha az ziyan çəkdilər. Məsələn Çili, Çin, Botsvana, Kosta-Rika, Malayziya, Filippin və Cənubi Koreya. 2010-2014–cü illərdə dünyada gedən iqtisadi bərpa dövründən Braziliya, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr büdcələrindən lazımı qədər istifadə edə bilmədilər. Rusiya, Argentina, Venesuela kimi ölkələr lazımi büdcə islahatı apara bilmədilər və yalnız təbii sərvətlərin yüksək qiyməti hesabına vəziyyətdən çıxdılar. Çin və Hisdistan kimi ölkələrin şirkətlərinin xarici valyuta ilə çoxlu borclar əldə etməsi bu ölkələri ciddi risk altında qoyur. Federal Rezerv Sisteminin faiz dərəcələrini artırmasından sonra əvvəlki böhranlardan lazımi nəticə çıxarmayan ölkələrin iqtisadi vəziyyətinin daha da pisləşəcəyi tamamilə realdır.
azadliq.info