ABŞ, Rusiyaya qarşı güc nümayişi etmək və Şərqi Avropadakı müttəfiqlərinə dəstək mesajı vermək üçün zirehli vasitələrlə təchiz olunmuş hərbi birliklərlə 1800 kilometr məsafəni əhatə edəcək tura başlayır. Tur Estonyada yerləşən "Tapa" hərbi düşərgədən start götürərək, Litva, Polşa, Latviya, Çexiya və Almaniyanı əhatə edəcək. "Əjdaha gedişi" adı verilən tur təmsilçiləri keçdiyi ölkələrdə rəsmi orqanları ziyarət edəcək və vətəndaşların qəbulunu təşkil edəcək. Almaniyanın Vilseck şəhərində sona çatacaq turu, ABŞ hava qüvvələrinə məxsus14 F-16 tipli təyyarənin müşaiyyət edəcəyi bildirilir.
azadliq.info