Milli Şura martın 15-nə təyin etdiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə azadliq.info-ya Mitinq Komitəsinin rəhbəri, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib.
Müraciətdə göstərilib ki, mitinqin “Qiymət artımlarına son”, “Siyasi repressiyalara son” və “Seçki islahatlar” şüarları ilə saat 15:00-dan 17:00-dək Bakının “Məhsul” stadionunda (İnşaatçılar metrostansiyasının yanı) keçirilməsi nəzərdə tutulur.