Fevralın 24-də Laçın rayon Vağazin kəndindən olan bir qrup şəhid ailəsi və müharibə veteranları aksya keçirərək Zərdab-Ağcabədi yolunu bağlayıblar. Onlar rayondakı məmur özbaşınalığına etiraz olaraq bu addımı atıblar. Laçının rayon icra hakimiyyəti başçısı Akif Səlimov əvvəlcə əraziyə gəlməkdən imtina etsə də, sonradan kimlərsə onu inandırıblar ki, narazıların qarşısına çıxıb onları sakitləşdirmək lazımdır. Bundan sonra etiraz edənlərin qarşısına çıxan icra başçısı, sakinlərə narazılıqa səbəb olan bütün problemləri həll edəcəyinə söz verib.
azadliq.info