“Hazırda Lamiyə Quliyeva və Vüqar Əliyevin məsələsi ilə bağlı ciddi araşdırma gedir. Hüquq-mühafizə orqanlarının Aslan Aslanovun həbsilə bağlı qərar verəcəyi gözləniləndir. Amma hələ ki bu işlə bağlı rəsmilərdən həbs olunan yoxdur”. Bunu Modern.az-a açıqlamasında Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzası alan Vüqar Əliyevin vəkili Adəm Məmmədov bildirib.
Vəkil qeyd edib ki, Aslan Aslanovun Ədliyyə Nazirliyində çalışan oğlu Turqay Aslanovun yarım milyon manat dəyərində şəxsi maşını var: “Bir neçə gün əvvəl yarım milyonluq 10 DO 007 dövlət nömrə nişanlı ”Bentley" markalı avtomobilində Dövlət Yol Polisi tərəfindən saxlanılıb. Onun maşını əlindən alınaraq cərimə meydançasına aparılıb. Ümumiyyətlə, hesab edirəm ki, məmur olan bir şəxsin bu qiymətdə avtomobil sürməsi maraqlı, həm də araşdırılası məqamdır. Onu da deyim ki, bu avtomobillə işə gəlib-gedirdi. Hesab edirəm ki, məsələ ciddi araşdırılacaq və hüquq müstəvisində qiymət veriləcək".
“2003-cü ildə Lamiyə və Vüqara hökm oxuyan hakim cəzalandırıla bilərmi?” sualına cavab olaraq vəkil deyib ki, hazırda iş o mərhələdə deyil: “Yeni situasiya ortaya çıxarsa, məsələ gündəmə gələ bilər. Bu gün hələ ki ictimai qınaq üstünlük təşkil edir. Vüqar da hər dəfəsində qətiyyətlə bildirir ki, Ruslan Aslanova bir bıçaq zərbəsi belə, vurmayıb. Vursaydı belə, ona ömürlük həbs verilməsi də qətiyyən düzgün deyil”.
Adəm Məmmədov onu da bildirib ki, Vüqar Əliyevin əfv ərizəsi Əfv komissiyasına təqdim edilib. Onun Novruz bayramında gözlənilən əfvə düşməsi ehtimalına gəlincə, vəkil Novruz bayramında deyil, bayrama qədər Vüqarın azad olunacağına inandığını vurğulayıb.

Keçmiş icra başçısının oğlu saxlanılıb?
Aslan Aslanov isə oğlunun saxlanması və yarımmilyonluq maşına sahib olması barədə deyilənlərə münasibət bildirib.
O, virtualaz.org-a açıqlamasında deyib: “Polis əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində saxlanılan ”Bentley" markalı avtomobil mənim oğluma məxsus deyil". Aslan Aslanov qeyd edib ki, həmin avtomobilin onun oğlu Turqaya heç bir aidiyyəti yoxdur: “Mən rəsmi arayış almışam. Həmin ”Bentley" avtomobili Valeh Ramazan oğlu Allahverdiyev adlı bir şəxsə məxsusdur".
Yol polisi Aslan Aslanovun oğlu ilə bağlı açıqlama verib. “Dövlət Yol Polisinin əməkdaşları Turqay Aslanov adlı sürücü ilə bağlı heç bir protokol tərtib etməyiblər. Dövlət Yol Polisi Idarəsinin adından bununla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatların heç biri düzgün deyil. Həmin məlumatlar açıq-aşkar təxribat xarakteri daşıyır və dezinformasiyadır”,- deyə açıqlamada bildirilir.
Qeyd edək ki, Adəm Məmmədovdan başqa bəzi media orqanları da bu barədə məlumat yayıb. Həmin məlumatda bildirilib ki, Aslan Aslanovun oğlunun “Bentley” markalı, 10 DO 007 nömrəli maşını cərimə meydançasına aparılıb. Həmçinin qeyd edilib ki, maşın Valeh Ramazan oğlu Allahverdiyev adlı şəxsə etibarnamə ilə verilsə də, daima Turqay Aslanov tərəfindən idarə olunub.